76 yaşlı alman “Gelandewagen”də dünya səyahətini başa vurub: 26 il ərzində – 900 min km məsafə sərf edərək, dünyanın 215 ölkəsini səyahət edib.
76 yaşlı Almaniya vətəndaşı olan Günter Хoltorf 1989-ci ildə Bavariyada öz dördüncü mülki həyat yoldaşı Kristina ilə birlikdə qüdrətli Gelandewagen Mercedes-Benzdə 26 il davam edən dövr-aləm səyahətindən sonra vətənə qayıdıb. Əvvəlcə bunu toy səyahəti kimi nəzərdə tutan cütlük ilk 18 ay ərzində bütün Afrikanı keçməyi ümid ediblər.
Ancaq səfərləri uzanır və qitənin bütün ölkələrini gəzmək üçün cütluyə beş il lazım olur. Afrikanı arxada qoyarkən onlar belə qərara gəlirlər ki, artıq dayanmaq olmaz və dünyanı gəzib dolanmağa davam etməlidilər. Növbədə isə Xoltorfun əvvəllər də çalışdığı və bir çox ölkəsini daha yaxşı tanıdığı Cənubi Amerika idi. Sonra onlar Şimali Amerikanı, Asiyanı, Avstraliyanı və Avropa ölkələrini səyahət etmək üçün yola düşürlər.
Bir sıra ölkələrdə bu cütlük şəxsi avtomobillərində səyahət etməyə icazə verilən ilk əcnəbilər olmuşlar. Məsələn,yalnız Myanmaya daxil olmaq üçün lazım olan bütün sənədlərin rəsmiləşdirilməsi və ora səfərin planlaşdırılmasına təxminən altı il sərf etmişdilər.
Nəticədə cütlüklərin Otto adını verdikləri “Gelandewagen ” 26 il ərzində ümumilikdə dünyanın 215 ölkəsini səyahət edərək 900 min kilometr yol sərf etmişdir. Beləliklə, əgər hesab edilsə ki, bütün Yer ətrafını səyahət etmək – 40 075 km (ekvatorun uzunluğu ) dəf etməyə bərəbərdirsə , bu illər ərzində Хoltorf bir yox düz 22 dövr-aləm səyahəti edib.
Şənbə günü, 11 oktyabr, Ottonun sahibi öz sevimli avtomobilinin açarını Daimler konserninin başçısı Diter Tsetşeye təmtənəli şəkildə təqdim edəcək. Bundan sonra bu Gelandewagen Ştutqartdakı Daimler Mercedes-Benz muzeyində öz fəxri yerini tutacaqdır.
Maraqlıdır ki,Gelandewagendə 26 il davam edən səyahət ərzində yalnız And Dağlarında, təxminən dəniz səviyyəsindən beş min metr hündürlükdə, bir ciddi problem baş vermişdir və təkər topunun diyircəyini dəyişməyə məcbur olmuşlar. Хolftor düz yolda baş verən bütün problemləri təkbaşına aradan qaldıra bilmişdir.
Хоlftor dünyanı dolaşmaq ideyasının necə olubda ağlına gəldiyini artıq dəqiq xatırlamır, amma sonradan Kristina ilə Ginnesin Rekordlar Kitabına düşməyi qabaqlarına məqsəd kimi qoymuşlar.
Öz maşınının sükanı arxasında alman son dörd ilini yalnız keçirib. Xanımı 2010-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Onlar rəsmən öz münasibətlərini yalnız onun ölümünə iki həftə qalmış rəsmiləşdiriblər, və o vaxt Хоltorf başladığı səyahəti başa çatdırmağı vəd edib.
İndi, bavariyalı, həyatının işi başa çatdığına görə evə qayıdanda bir düşkünlük hissi keçirir. Amma Ottonu muzeyə göndərdikdən sonra Хоltorf kiçik iş təşkil etməyi planlaşdırır və bacarıqlarını praktikada tətbiq etməyi və köhnə avtomobilləri bərpa etməyi planlaşdırır.