Bakı 1-ci Avropa Olimpiya oyunları bizə verildikdən sonra xalq olaraq həyəcandan nə yata bilirik nə də işləyə. Olimpiyanın baş icraçı direktoru büdcənin 720 milyon manat olacağını açıqlayıb. Biz də xalq olaraq bu bir il ərzində 720 milyon manatın necə xərclənəcəyini özümüzə dərd etmişik. Mənə də maraqlı gəldi ki, görəsən bu 720 milyon manatla başqa nələr etmək olar? Aşağıda bir siyahı hazırladım, sizcə xalq olaraq hansını seçmək vicdana uyğundur?
240 məktəb
Bu pulu olimpiya oyunları keçirməyə yox, məktəb binası tikməyə xərcləsək hər biri 3 milyon manat olan 240 tam orta və 24 dərslikli məktəb binası tikə bilərik.
180 tələbə yataqxanası
20 milyon manat kimi cüzi bir rəqəmə 100-150 nəfərlik, hər biri 4 milyon manata 180 tələbə yataqxanası tikə bilərik. Bununla da 18 min tələbəyə ev imkanı meydana gətirərik.
240 evsizlər və qocalar evi
Hər birini 3 milyon manat olaraq hesablasaq, 240 qocalar və evsizlər üçün hər cür şəraiti olan yaşayış və səhiyyə mərkəzləri tikə bilərik. Yəqin qorxurlar ki, bunu etməklə azərbaycan ənənəvi ailə strukturuna zərbə vurmuş olarlar!
48 Dövlət Xəstəxanası
Hər biri 15 milyon manata başa gələn 100 yataqlı və tam təchizatlı 48 ədəd xəstəxana binası. Əgər deyirsinizsə ki, bizim xalq dözümlü və sağlam həyat yaşayan xalqdır və bu qədər xəstəxanaya ehtiyac yoxdur, onda elə olimpiya oyunları daha məsləhətdir!
2 Su Elektrik Stansiyası
Daha çox elektrik istehsalı və daha az elektrik borcu. İndi milli telekanallara və sevdiyimiz proqramlara daha çox baxa bilərik!
Hər kəsə 1 həftəlik ərzaq
20 milyon manatı əhalinin sayına böləndə (720.000.000 / 9.494.600 = 75.83 azn) 76 manat edir və yaşından asılı olmayaraq hər kəsə 1 həftəlik ərzaq ala bilərik.
Təqaüdçü və İşçiyə maaş artımı
Azərbaycanda 3 milyona yaxın 55-64 yaş arası təqaüdçü və 5 milyona yaxın 25-54 yaş arası işçi var. 720 milyonu 240 manat olaraq təqaüd və 144 manat işçiyə maaş artımı olaraq verə bilərik.
Hər evə Pizza
Azərbaycanda 2 milyon ev olduğunu düşünsək hər evə azərbaycandakı məşhur pizza restoranından 18 dənə böyük ölçüdə pizza göndərə bilərik.
Uşaqlara əyləncə
Azərbaycanda təxminən 2 milyona yaxın 0-14 yaş arası uşaq var. Bu uşaqlara azərbaycanı gəzdirməyi və doyunca əylənməyi hədiyyə edə bilərik.
Xaricə tələbə
Təxminən 3 milyona yaxın 15-35 yaş arası gəncimiz var. Bu gəncləri xaricdə müxtəlif universitetlərə, kurslara, konfranslara, seminarlara, təlimlərə göndərə bilərik. Yox deyirsinizsə ki, bu gənclər orada pozular, pis vərdişlər əldə edər, milli adət-ənənəni unudar, onda olimpiya oyunları məsləhətdir!
Hər evə paltaryuyan və qabyuyan maşın
Azərbaycanda 3 milyona yaxın 25-54 yaş arası qadın var. Hər 3 xanımdan 1-ə hər iki maşını, hər 3 xanımdan 2-i də hər iki maşını ala bilərik. Beləliklə, evlərdə qadınlar vaxtlarını ailə səadətinə daha çox ayırmış olar.
Yəni, bu siyahını çoooox uzatmaq olar, amma yerimiz və vaxtımız azdır. Bir ölkədə ki ac qalan, küçədə yatan, paltar, ayaqqabı tapa bilməyən, həftəni necə başa vuracağını düşünən, bazara qorxaraq gedən, təqaüd yaşında işləməyə məcbur olan, təhsil ala bilməyən, səhiyyəsi, siğortası olmayan insanlar əksəriyyət təşkil edir, orada 720 milyon manata olimpiya keçirmək vicdansızlıqdır!