Bu dəfəki hekayəmiz təəccübləndirici və bir o qədər də həyata ümidlə baxmağımızı təmin edən sevimli hekayələrdən biridir. Hekayəmizin qəhrəmanı isə 60 yaşına çatmış Philippe Dumas’dır. Dumas, hüquq fakultəsində oxumuş lakin peşəsini davam etdirməmişdir. Reklam və film sektorunda çalışmış, 2015-ci ildə bir iş dəyişikliyi etmiş, işlə birlikdə imicini də dəyişdirməyə qərar vermişdir. Әvvəl saqqal saxlamağa başlamış, insanlardan müsbət reaksiya aldıqdan sonra da modellik etməyi qərara almışdır. Dumas, “Demək olar ki, 60 yaşındayam. Etdiyim işi sevirəm və etməkdən də böyük həzz alıram. Әn böyük istəyim isə Chanel ya da Dior’un beynəlxalq reklam kampaniyalarında çalışmaqdır!” deyir.


Demək ki, nəymiş? Yaş neçə olursa olsun, xəyallarımızın arxasınca getmək lazımdır!…