Alan McFadyen 2009-ci ildən bəri vəhşi təbiət fotoqrafıdır. 6 ildir çəkmək istədiyi fotoşəkli nəhayət ki, çəkməyi bacarmışdır. Dediyinə görə bu pozanı çəkmək üçün bu günə qədər 4.200 saat sərf etmiş, 720.000 fotoşəkil çəkmişdir! Bu qədər əməyin və səbrin səbəbi bu quşların bir güllə qədər sürətli hərəkət etdikləri üçün fotolarının çəkilməsinin çox çətin olmasıdır.
46 yaşlı Alan’ın atası 40 il əvvəl onu bu quşların yuvalarının olduğu Kirkcudbright bölgəsindəki bir gölün sahilindəki bu yerə aparmışdır. Alan buranı heç unutmadığını, vəhşi təbiət fotoqraflığına başladıqdan sonra da davamlı olaraq buraya gəldiyini söyləyir.