Uorren Baffet kimdir?
Uorren Baffet dünyanın ən məşhur və təsirli investorlarından biridir. Baffet Forbes jurnalında dünyanın ən zəngin insanları siyahısında 3-cü yeri tutur. Uorren Baffetin maliyyə ehtiyatları 46 mlrd dollar dəyərində ölçülür. Uorren Baffet öz kapitalını fond bazarında investisiya yatıra bilmək bacarığı hesabına qazanmışdır.
Uorren Baffetdən dəyərli məsləhətlər:
1. Həmişə özünüzə investisiya yatırın.
“Hər gün xasiyyətinizin zəif tərəfləri üzərində işləyin, bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya etmək universitetdə təhsil haqqını ödəmək anlamında olmur həmişə. Mənim iki diplomum var, amma heç xatırlamıram onları hara atdığımı”
2. “Yox” söyləməyi bacarın!
“Əgər vaxtında “yox” deməyi öyrənməsəniz, vaxtınıza nəzarət və idarəetməni həyata keçirə bilməyəcəksiniz”
3. Heç vaxt başqalarının sözlərinə əməl etməyin.
“Çalışın başqalarının fikrinə əsaslanan qərarlar qəbul etməyəsiniz. Kənardan nə qədər çox fikirlər olarsa, o qədər də qərar verməkdə çətinlik çəkəcəksiniz”
4. Cəld və məhsuldar ol.
“Qərarlarınızı, fəaliyyətinizi uzadıb, sonraya saxlamyın. Çalışın ki, hər şeyi cəld anlayıb, tez “tutasınız”. Bu vərdişə yiyələnsəniz, tədricən anlayacaqsınız ki, bu pul qazanmağın yeganə üsuludur”
5. Çalışın mənfəətinizi reinvestisiya edəsiniz.
“Biznesin köməyi ilə əldə etdiyiniz vəsaitləri çalışın tez xərcləməyəsiniz. Əksinə, bu vəsaitləri fəaliyyətinizin inkişafına, artımına sərf edin”
6. Hər şeyi əvvəlcədən müəyyənləşdirin.
“Hər hansı bir işə başlayarkən pul aspektinə yerindəcə toxunun, müəyyənləşdirin. Əks halda sizi aldadacaqlar, “atacaqlar”. Gənc yaşlarımda bununla bağlı unudulmaz dərs almışam. Beləki, babam ona yır-yığış etmək üçün mənə və mənim dostuma iş tapşırmışdı. Bütün günü ağır əşyaları daşıyıb yerini dəyişdik, tozu, çirki təmizlədik. Babam isə axırda hər ikimizə bir yerdə 90 sent verdi. Həmin an vəziyyətin ədalətsizliyi məni mat qoymuşdur”
7. Şəxsi vəsaitləriniz hesabına yaşayın.
“Çalışın borc götürməyin. Borclu insanlar həyatda tərpənib irəliləyə bilmir, ömrün kasıbçılıqla keçirirlər, böhran yaşamasalar ən yaxşı halda “yerində sayırlar”. Borclarınızla hesablaşın və onları bağlayın. Daha sonra müəyyən məbləğ yığıb onu bir işə yatırın”
8. İnadkar olun!
“İnadkarlıq olmadan həyatda heçnəyə nail olmaq olmur. Ruhdan düşmək və ya bezib, yorulmaq vaxtı deyil. Sonunacan inadkarlıq göstərmək lazımdır”