Sosial şəbəkələr artıq həyatımızın önəmli bir parçasıdır. Bir tərəfdən bütün dünyayla ünsiyyət qurmağımıza yardım etsə də, digər tərəfdən qorxunc bir bataqlıq kimi öz içərisinə çəkir. Bu mövzuda sizə təəccübləndirici bir şey söyləyək: əslində bu yoldaşlıq saytları yeni bir şey deyil. Bundan 400 il əvvəl, internetin ‘i’sinin belə ortalarda olmadığı zamanlarda insanlar facebook kimi yoldaşlıq saytlarının analoq halını icad etmişdilər. “Alba Amicorum” deyə adlandırılan qalın dəftərlər hazırlanırdı və içlərində dostluq əlaqələri, sevgi əlaqələri, iş həyatı, şəxsi mesajlar kimi şeylər toplanılırdı. Hollandiyalı tarixçi Sophie Reinders tərəfindən araşdırılan tarixin bu maraqlı hissəsinə gəlin birlikdə nəzər salaq.
Bu kitablar, Şimali Avropadakı gənc qadınlar və kişilər tərəfindən dostluqlar və iş əlaqələrini təqib etmək üçün istifadə edilirdi.
Alba Amicorum, Latın bir söz qrupudur və “dost kitabı” deməkdir.
Həm qadınlar, həm kişilər tərəfindən istifadə edilsə də, 1600-ci illərdə gətirdiyi ictimai işləyiş səbəbindən fərqli-fərqli məqsədlər üçün də istifadə edilmişdi.
Məsələn kişilər, Avropada başqa ölkələrə səfər və təhsil məqsəd ilə göndərilirdi. Orada məşhur mütəfəkkirlər və elm adamlarıyla tanış olurdular. Məhz o zamanlarda bu kitabı professional əlaqələr üçün istifadə edərdilər.
Bu fotoşəkil Michael van der Meer adlı sənətçinin gəzinti qeydlərinin yer aldığı dost kitabındandır. Səyahətlərini təsir edici illüstrasiylarla təsvir etmişdir.
Kitablardakı bəzi rəsmlər soylu ailələrin üzvlərinin həyatını izah edir.
Bu kitabda isə, səhifədə rəsmi olan gözəl qadınla keçirilən gözəl zamanlardan bəhs edilir.
Bu şəkilində isə “əlaqələrin mürəkkəbliyinin” izah edilməyə çalışıldığı hesab olunur.
Juliana de Roussel adlı qadının dost kitabı isə gözəl şəkillərlə doludur.
Bu kitabların Facebook ilə bir çox ortaq tərəfi var. İnsanlar içinə istədikləri şeyləri çəkirdilər, sevdikləri şeirləri gözəl sözləri yazırdılar. Hətta evli cütlüklər dost kitabında evlilik vəziyyətlərini belə qeyd edirdilər.
Margaretha Haghen adlı bir qadının dost kitabında isə, evində verdiyi qonaqlıqdakı qonaqların kim olduğu və digər xırdalıqlar haqqında qeydlər olunmuşdur.
400 il əvvəlinin ictimai həyatı və insan əlaqələri bu kitablar sayəsində daha aydınlanır. Hətta kitabları bir araya gətirsək, bəlkə tarixdəki bəzi olmayan parçaları da tamamlaya bilərik.