Dörd şey xoşbəxtlik əmələ gətirir – təmiz davranış, təmiz ürək, təmiz əl və müstəqil rəy.
Dörd şey xoşbəxtliyə sübutdur – düz danışmaq, sirri möhkəm saxlamaq, həmişə təvazökar olmaq və halallıq ilə kəsb eləmək.
Dörd şey hamıya lazımdır – itaət, nəsihət, şəfqət və əmanət.
Dörd şeyi geri qaytarmaq olmaz – deyilmiş sözü, keçmiş qəzanı, atılmış gülləni və ötmüş ömrü.
Dörd şeyi dörd şeysiz eləmək olmaz – düşmən ilə dost olmasan onu məhv etmək olmaz, səbr etməsən arzuna cata bilməzsən, təvazökarlıq etməsən məhəbbət artıra bilməzsən və səy etməsən elm əldə edə bilməzsən.
Dörd şey işləri tamamlayır – böyüklərə yaxınlıq, tarixi bilmək, düz adamların tədbiri və dostların rəvayətlərini eşitmək.
Dörd şeydən ehtiyat etmək gərək – tələsməkdən, acıq və qəzəbdən, paxıllıq və pislikdən, təkəbbürdən.
Dörd şey bədbəxtlik nişanəsidir – tənbəllik, cahillik, insaniyyətsizlik və kimsəsizlik.
Dörd şəxsdə dörd şey olmaz – yalançıda mürvət, paxılda xoşbəxtlik, məsud adamlarda rahatlıq, bədxasiyyətdə böyüklük.
Dörd şey bütün xalqlar üçün yaxşıdır – ədalət və doğruçuluq, ağıl və bilik, təkamül və səbr, həya və utanmaq