Yeniliklər gözəldir. Fərqli şeyləri sınaqdan keçirib, özümüzü daha xoşbəxt edə bilərik. 20lərimizi daha əyləncəli keçirmək üçün sizə çox maraqlı siyahı təqdim etmək istərdim. Ümid edirəm, bunların hamısını edə biləcəksiniz.
Kiməsə xeyrin dəysin, könüllü olaraq köməklik et!
Bir şey haqqında çox yaxşı öyrən. Bu idman növü ola bilər və ya kitab oxumaq. Fərq etmir. Sevdiyin işləri gör və dərinliklərinə qədər öyrən!
Bildiklərini paylaş və insanlara xeyrin dəyməsi üçün çalış. Öyrənmək və öyrətmək gözəldir!
Çox səyahət et! 30 yaşına qədər bütün qitələrdə olmağa çalış. Safarini kəşf et, Antarktikaya get!
Bir yeməyi çox yaxşı bişirməyi öyrən. Məsələn, dadlı toyuq bişirməyi öyrən və sənin yeməyinin dadını bilənlər hər zaman həmən yeməyi yeyəndə səni xatırlayacaqlar: Dadlı idi, ancaq filankəsin reseptinə çata bilməz 🙂
Bitkilərlə vaxt keçir, çiçəklərdən ibarət bağın olsun!
Heyvanlarla vaxt keçir. Əgər alınırsa bir heyvana sahiblən.
Kiçik şeylərlə xoşbəxt ol. Onları qeyd etməyi unutma. Yaxşılıqlar et və hər zaman gülümsə!