İdeapod-un CEO-su Justin Brownhəyatında yaşadığı çətinliklərdən çıxartdığı dərsləri bölüşüb. “Əgər 30 yaşından kiçiksinizsə, sizinlə burada paylaşdığım hər dərsi yaxşı düşünün. Amma 30 yaşını keçmisinizsə, burada öyrənmədiyiniz dərslər varsa, onları da mənimsəyin.”
1. Heç kim sizə kömək etməyəcək. Öz həyatın üçün özün məsuliyyət daşımalısan. Hər şey səndən asılıdır, özünə özün kömək etməlisən.
2. Hər şeyi edə bilməzsən. İçində limitsiz bir potensial hiss edə bilərsən. Bu çox gözəl bir hissdir, amma sənin də sərhədlərin var. Hər dəfə tək bir şeyə fokuslan.
3. Uğursuzluqlarının əslində heç bir önəmi yoxdur. Uğursuzluqlarını əldə etmək üçün sıraya gir. Nə qədər tez uğursuz olsan, o qədər tez qazanmağa başlayacaqsan.
4. Hər zaman məşq etməlisən. Sağlamlığınıza və bədəninizə yaxşı baxın. Böyük ehtimal hal-hazırda olduqca yaxşı çalışırlar. Amma yaşlandıqca, idman vərdişi qazandığınız üçün xoşbəxt olacaqsınız.
5. Uğur qazanmaq yoxuş aşağı deyil. Vaz keçmə, xəyalların önəmlidir! Çabalarının nəticəsini görəcəksən.
6. “Daha sonra” demək “əsla” deməkdir. Etməli olduğun şeyləri ertələsən, onları heç vaxt etməyəcəksən.
7. Təcrübə və duyğular puldan daha önəmlidir. Bank hesabında pul olması əlbəttə gözəldir, amma geriyə dönüb baxanda həyatda səni məmnun edən şeylər qazandığın duyğular olacaq.
8. İndidən pul yığmağa başla. Pul da önəmlidir. Amma bəzəkli şeylər almaq üçün deyil. Qazancının müəyyən hissəsini ayırıb kənara qoymaq vərdişi qazan. İnan mənə, indi başlasan, gələcəkdə mənə təşəkkür edəcəksən!
9. Ən şanslı insanlar çox çalışanlardır. Həyatda şanslı olacaqsan. Amma şanslı olmaq sənin dayanıqlığına bağlı olacaq. Sən çox çalış, şans özü ayağına gələcək.
10. Dünya ədalətsizliklərlə doludur. Ən pisinə özünü hazırladığına əmin ol. Çünki hər şey ola bilər.
11. Qarşına çıxan hər bir insan önəmlidir. İnsanları heç vaxt kiçik görmə, onların həyatlarına və olduqları yerə hörmət et.
12. Başlamaq üçün doğru zaman deyə bir şey yoxdur. Bir şey etmək istəyirsənsə, elə indi başla. İrəliyə doğru kiçik bir addım at. Bütün etməli olduğun şey budur, amma heç vaxt gözləmə!
13. Pis münasibətləri arxanda burax. Münasibətin düzəlmirsə, yoluna davam et. Amma təbii ki, bunu hörmət və qarşılıqlı sayğı çərçivəsində et.
14. Zəif nöqtələrinə fokuslanma. Hamımızın zəif yönləri var. Sən zəif tərəflərini qucaqla və bunu özünə etiraf et. Onları idarə etməyin bir yolunu tap. Güclü tərəflərin isə nə olursa, olsun səni istədiyin yerə aparacaq.
15. Böyümək üçün lazım olan bütün fürsətlər konfort zonanızın kənarındadır. Həyatın rahat ola bilər, lakin həmin nöqtədə vərdişlərə ilişib qalırsan. Özünə meydan oxumağı öyrən və konfort zonanı tərk et. O zaman həyatın fürsətlərini tuta biləcəksən!
16. Təhsil, məktəb və ya universitetdən sonra bitmir. Həyat son nəfəsimizə qədər öyrənməyə bağlıdır. Bilgi və təcrübə qazanmağı mənimsə.
17. Etməli olduğun hər şey vaxt alır. Hədəflərinə çatmaq qulağa xoş gəlir, amma inan mənə bu gözlədiyindən daha çox çəkəcək. Sərf etdiyin yolu və irəliləyişi mənimsə. İlk xəyal etdiyindən daha uzun vaxt alacaq.
18. Ailə üzvlərin həyatındakı ən önəmli insanlardır. Ailəndən icazə almaq asandır. Amma yaşlandıqca, hal-hazırda sahib olduğun şeylər üçün onların nələr yaşadığını təqdir edəcəksən. Onlara yaxşı davran, onları olduğu kimi qəbul et və hər fürsətdə onları necə sevdiyini de.
19. Online dostluqlar həqiqi dostluqlar deyil. Acı amma gerçək… Həqiqi dostlar ehtiyacın olduğu zaman yanında olanlardır.
20. Aşiq olmaq dünyanın ən şirin və eyni zamanda ən acı verən duyğusudur. Bu mövzuda edə biləcəyin çox şey yoxdur. Acını qucaqlamalısan. Acının içində səyahət etmək səni həyatın şirinliklərinə daha da yaxınlaşdıracaq.
21. Həyatın çoxdan başlayıb. Həyat üçün sınaq şansın yoxdur. Həyat budur və sən onu onsuz da yaşayırsan. Bunun məsuliyyətini dərk et. Hər bir anda gözəl xatirələr və fürsətlər var.