20-li yaşlarda özümüzə məntiqli yatırımlar etsək, çox gec olmadan o yatırımların qarşılığını alacağıq. Erkən yaşlarda necə danışılacağını, davranılacağını öyrənsək, o yaşlarda qarşılaşacağımız biri həyatımızı dəyişdirə və xəyalımızdakı işə sahib olmağımızı təmin edə bilər. 30 yaşına gəlmədən əvvəl həll etməli olduğumuz bu 7 şey bizi o yaşdan sonra daha irəliyə daşıyacaqdır.
İnamsızlığınızın, qeyri-müəyyənliyinizin öhdəsindən gəlin.
Yaşınız irəlilədikcə həyatınızda olan xaosların azalacağını və hər şeyin daha qəti bir hal alacağını düşünə bilərsiniz, amma o iş düşündüyünüz kimi deyil. Qeyri-müəyyənlik daima insanın həyatında var olan bir şeydir. Buna görə gənc ikən bu problemi həll etmiş olmanız sizin faydanıza olacaqdır. Ən azından hər şeyin daima həll edilmiş olmayacağını bilib ona görə yaşamalısınız. Bir neçə il sonrasını belə planlaşdıra bilmədiyimiz bu həyatda qeyri-müəyyənliklərlə yaşamaq gərəksiz bir şeydir.
Ünsiyyət zamanı nəzakətli olmağa çalışın.
İməkləməyə başladığınız gündən bəri sözlərdən istifadə etməyiniz, sizin gənclik illərinizdə yaxşı bir Kommunikator olduğunuz mənasını vermir, amma 30-lu yaşlara gəldikdən sonra vəziyyətinizin belə olmaması lazımdır. Artıq bu yaşlarda ünsiyyət mövzusunu həll etmiş olmalısınız. Açıq, nəzakətli və ifadəli bir dilə sahib olmalısınız. Necə danışılacağını, ünsiyyət qurulacağını bilmədən, işinizdə nə qədər uğurlu olduğunuzun bir əhəmiyyəti qalmayacaqdır.
Sizdən fərqli olanlara hörmət edin.
Dünyanın ən asan işlərindən biri insanları öz dəyərlərinizə görə mühakimə etməyib, həyatlarını necə yaşadıqlarına diqqət etmədən onları öz müvəffəqiyyət kriteriyalarına görə qiymətləndirməkdir. Hər kəs bir-birindən fərqlidir. Ona görə hörmət etməliyik ki, hörmət gözləyək. Başqalarına etdiyimiz hörmət eyni zamanda özümüzə etdiyimiz hörmətdir. Özümüzü başqalarının yerinə qoyub dəyərləndirməliyik. Onları anlamağa çalışmadığımız, özümüzü onların yerinə qoymadığımız müddətcə daha çox problem yaşayarıq.
Nə istədiyinizi özünüzdən soruşun.
Başqalarına hörmət etdiyiniz kimi özünüzə də hörmət etməlisiniz. Öz potensialınızı bilib ona görə hərəkət etməlisiniz. Öz rahatlığınız üçün bu həyatdan nələr istədiyinizi bilməlisiniz. Belə bir söz vardır: Soruşmasan, əldə edə bilməzsən. Çox insan nə istədiyini özündən soruşmaqdan belə qorxur. Nə istədiyinizi bilməsəniz, qorxsanız onu əldə edə bilməzsiniz. Əvvəl vaxtlar kiçik şeyləri istəməyə, soruşmağa başlayaraq özünüzə bu mövzuda kömək edə bilərsiniz.
Həyatınızda baş verən mənfi hadisələrə qarşı dayanıqlı olun.
Çətinliklərin olub-olmaması üçün nə qədər ağıllı, istəkli və qabiliyyətli olduğunuzun bir əhəmiyyəti yoxdur. Әn əsası yaşadığınız çətinliklərlə necə qalib gələcəyinizi öyrənməniz lazımdır. Əks təqdirdə bu sizin cəsarətinizi qıracaqdır. 20-li yaşlar sizin ən məsuliyyətsiz və azad olduğunuz yaşlardır. Bu tərzin sonrakı dövrlərə keçməsi, dayanıqlılığınızın, mübarizliyinizin doğulmadan ölməsi deməkdir.
Zamanınızı və pulunuzu doğru istifadə edin.
20-li yaşlar hər şeyi sərhədsiz yaşamağa çalışdığınız yaşlardır, amma unutmayaq ki, həm zaman həm də pul asanlıqla geri qayıtmayan şeylərdir. Ona görə o dövrlərinizdə sahib olduğunuz enerjini və pulu doğru şeylərə xərcləyərək sonrakı dövrlərinizdə daha rahat yaşamanızı təmin edin.
Yemək hazırlayın.
Çoxunuza maraqlı gələ bilər amma mətbəxə girmənin, mətbəxə zaman sərf etmənin nə qədər faydalı bir şey olduğunu təxmin belə edə bilməzsiniz. Bu qabiliyyət həyatınızın demək olar ki, bütün dövrlərində sizə faydalı olacaq xüsusiyyətlərdəndir. İnsanların çoxu ev və ailə həyatından uzaq bir şəkildə yaşadığı üçün sağlam həyat üçün yemək hazırlamağın nə qədər faydalı olduğunun fərqində belə deyil.
Sizlərin də öyrənilməsinin mütləq olduğunu düşündüyünüz fərqli bacarıqlar varsa şərhlərdə fikirlərinizi bizlərlə paylaşa bilərsiniz. 🙂