Dünyanın Ən Kiçik Meymunları
Görəsən, heç meymunu da sevimli heyvanı kimi saxlayan olar? Bəli, olar. Elələri də var. Ancaq şəkillərdəki meymunlara baxanda, “kim saxlamaq istəməz ki?” düşünür insan. 🙂
Bu meymunlar cəmi 30 sm ölçüsündə olurlar. Çox sevimli görünürlər. Onlara çox kiçik olduqları üçün bıəzən “barmaq meymunları” da deyilir, barmağa dolanmağı xoşladıqları üçün. Onları daşıyarkən çox diqqətli olmaq lazımdır, hər an diqqətsizlik nəticəsind düşüb hardasa itə bilərlər. 🙂 Daha çox Cənubi Amerikanın ekvatorial hissəsində bu kiçik meymunlara.rast gəlmək mümkündür. Braziliya, Ekvador, Peru, Boliviya və Kolumbiya ən çox yaşadıqları dövlətlərdir. Bu ölkələrdə, həmçinin “cib meymunu”, “balaca şir” adı ilə də tanınırlar.