“Dostlar çağırırlar ki, bəşəriyyətin xilası naminə sizə müraciət edim. Sizə yazmaqla böyük hörmətsizlik etmiş olaram düşüncəsilə, onların çağırışına əhəmiyyət vermirdim. Lakin indi mən hiss edirəm ki, nəticəsini düşünmədən və nə bahasına olursa olsun Sizə müraciət etməliyəm.
Hamıya tamamilə aydındır ki, indi insanlığı vəhşilik həddinə çatdıracaq müharibənin qarşısını almağı yalnız siz bacara bilərsiniz. Bir düşünün, məgər necə əhəmiyyətli görünməsindən asılı olmayaraq, hər hansısa məqsəd naminə bu qiyməti ödəməyə dəyərmi? Ümid edirəm Siz şüurlu şəkildə zoru rədd etmiş, amma bununla belə öz işində əhəmiyyətli uğurlar qazanmış bir insanın sözünü yerə salmayacaqsınız. İstənilən halda əgər bu məktubu yazmaqla səhvə yol vermişəmsə, Sizdən üzr istəyirəm”.
Hörmətlə,
M. K. Qandi
Ana səhifə Ümumi 23 iyul, 1939-cu ildə Mahatma Qandinin Adolf Hitlerə “Əziz dostum” başlığı altında...