Bu tarix əbəs yerə seçilməmişdir. Daun Sindromlu insanların 21-ci xromosomu 3 dəfə təkrarlanır. 2006-cı ildən etibarən 3-cü ayın 21-ci günü Beynəlxalq Daun Sindromlu İnsanların günü kimi qeyd olunur. Anlayacağınız onların heç bir çatışmamazlığı yoxdur. Əksinə onlarda 21-ci xromosomdan əlavə, aşırı sevgi, dostluq və istedad var.
Dünyaya Daun sindromu ilə gəlmələrinə baxmayaraq, böyük işlərə imza atmış insanlarla tanış etmək istərdik.
Jamie məşhur aktrisadır. O, hər kəsin çox gözəl tanıdığı və çox sevdiyi «American Horror Story: Coven» serialında rol almışdır.
Tim Harris
Tim isə uşaqlıq arzusunu həyata keçirərək restoran açmışdır. New Mexicoda yerləşən bu restorarının bir fərqli cəhəti var. Menüya «Timlə qucaqlaşma» adlı yemək var. O mədəni deyil, ruhu qidalandırır. Tim qucaq açmağı çox sevir!
Mikayla Holmgren
Mikayla Miss Minnesota USA müsabiqəsinə baş vurmuş və Gözəllik yarışmalarının ilk Daun Sindromlu qalibi kimi tarixə keçmişdir.
Judith 1943-cü ildə əkiz bacısı ilə birlikdə doğulmuşdur. Bacısından fərqli olaraq o, Daun Sindromu ilə dünyaya gəlmişdir. Nə olsun? Bu sindrom Jidithə məşhur amerikan heykəltaraş olmağa maneə olmamışdır.
Raymond Hu
Raymond sindromla yanaşı dünyaya güclü bir istedadla gəlmişdir. Peşəkar rəssamlıq dərsləri alan Raymond unikal bir təsviri incəsənət tərzini yaratmışdır. O, daha çox heyvanların rəsmlərini çəkməyi sevir.
Mariya Lanqovaya
Rusiyanın fəxri Mariya isə üzgüçülük üzrə dünya çempionudur.
Siyanı uzada bilərdik, ancaq onların sayı o qədər çoxdur ki.. 🙂