Bu il də dəblə ayaqlaşmaq lazımdır deyə düşünənlər yaxın oturun! Makiyajınızı bu il daha fərqli edəcəksiniz!
Dəri rəngi
Bu il üz konturlamaq elə də dəbdə deyil. Ən əsas təbii rənglərdən istifadə etmək çox önəmlidir. Çox parıltılı olmaqdansa mat olmaq üstün tutulacaqdır. Parıltılı highlighterlərinizi yığışdırmaq vaxtıdır. Bu ilin əsas makiyaj məqsədi: Makiyajsız makiyajdır. Yəni bacara bildiyiniz qədər təbii makiyajlar etməyinizi tövsiyyə edərdim.
Dodaqlar
Dodaq konturları və rəngli pomadalar da dəbdə deyil. Daha sadə və parıltısız dodaq boyalarından istifadə etməlisiniz. Mat dodaq boyaları isə bu il çox seviləcəkdir. Qəhvə rəngli dodaq boyaları bu ilin ən dəbli rəngidir.
Gözlər
Həm alt, həm də üst kirpiklərə tuj çəkmək dəbdədir. Göz kölgələrində də bu il mat rənglər istifadə olunacaq. Qatı göz makiyajı da bu il artıq dəbdə deyil. Ona görə də ümumi makiyajınızı bacardığınız qədər təbii etməyə çalışın.