Rənglər gördüyümüz hər şeyə məna və həyat verir. Qüvvətli və dinamik münasibətin bir yoludur. İnsanlar, spektrumdakı rənglərə qarşı instiktiv reaksiyalara sahibdir. Bu səbəblə rənglər marketinqdə böyük rol oynayır.
Hər il olduğu kimi bu dəfə də “Shutterstock” 2019-cu ilin trend rəng hesabatını yayımladı. Bu hesabatda hər il məşhurluq qazanan və trend olan rənglər yer alır. Bəs sizcə bizim ölkə üçün bu ilin favorit rəngi hansıdır?
2019-cu ilin məşhur 3 rəngi:
UFO Green – Həm təbii, həm də təbii olmayanı özündə cəmləşdirən bir rəngdir.
Plastic Pink – Şəhərlərin gecə işıqlarını təmsil edən işıltılı rəngi təmsil edir.
Proton Purple – Gündəlik həyatımızın pozitivliyini bildirir. Neon şeyləri canlandırır.
Məşhurluq bu 3 rənglə yanaşı, hər bir ölkəyə uyğun xüsusi populyarlıq qazanmış rənglər də müəyyənləşib. Bu da rənglərin mədəniyyət və cəmiyyətə görə dəyişkənlik göstərdiyinin daha bir sübutudur.
Mənbə: Shutterstock