Əgər sizə yeni il diləkləri yerinə yalnız bir sözə fokuslanın desək xoşbəxt olarsınızmı? Daha məhsuldar, daha müvəffəqiyyətli və ya daha sağlam bir 2016 kimi diləklər yerinə bir gizli sözdən istifadə etsəniz məsələn… Onu tapmaq isə tamamilə sizin vəzifənizdir.

    Bu texnikanı illərdir istifadə edən 3 yazarın yazdığı “One Word That Will Change Your Life” (Həyatınızı dəyişdirəcək bir söz) adlı kitabın tövsiyələrdən bəzilərini təqdim edəcəyik. Kitab, addım-addım yeni ilinizi daha uğurlu hala gətirə biləcək sözü tapmaq və onun istifadəsi üzərinə yazılmışdır.

    Kitabın ana mövzusu isə “İnsanlar bir cümləni və ya bəndi xatırlaya bilməzlər. Əgər diləkləri yalnız bir söz olarsa, bunu heç bir zaman unutmazlar.” şəklindədir. İndi isə addım-addım öz sözünüzü necə tapa biləcəyinizi öyrənək. İşə məşğul həyatınızla aranızda olan bağlarınızı qoparmaqla başlayın.

    Kompüterinizdən və televizorunuzdan uzaqlaşın, ağıllı telefonunuzu söndürün və düşüncəyə dalmaq və ya yeni il üçün dərin düşüncələrinizi ortaya qoymaq üçün özünüzə zaman ayırın. Özünüzə zaman ayırın deyərkən, bir gəzintiyə çıxın, təbiətlə iç içə qalın və ya ağılınıza gələn digər istirahət formasını sınayın. Qısacası dünya ilə olan bütün əlaqənizi qoparın və yalnız öz gələcəyinizi düşünün.


Özünüzə 3 əhəmiyyətli sual verin:
Nəyə ehtiyacım var?
Önümdə nələr var?
Nələrdən xilas olmağım lazımdır?


    “Nəyə ehtiyacım var?” sualını “Nə istəyirəm?” deyə anlamayın, həqiqətən nəyə ehtiyacınız olduğu dərk edin. Ürəyinizi açın. Sualları düşününün və sözlər dərhal dilinizin ucuna gələcəkdir. Əgər hələ də gəlməyibsə bu sualı da əlavə edin: “Öz içimdə və ya özümlə əlaqədar nələrin həll edilməsi lazımdır?” Bu sualları həqiqətən ciddi bir şəkildə özünüzdən soruşun, sonra da ağlınızdan keçənləri dinləyin.

    Sözünüzün yeni ildə sizə ilham verməsinə və sizi dəyişdirməsinə icazə verin. Sözünüzü müəyyənləşdirmisinizsə, indi sırada o sözü götürüb hər şeyin üstünə qoymaq var. Onu gündəlik həyatınızda hər şeydən daha əhəmiyyətli tutun və tez-tez sözünüzü özünüzə xatırladın. Evinizin divarına asın, telefon ekranınızda “wallpaper” edin. Yəni bir şəkildə hər zaman qarşınıza çıxacaq şəkildə dursun.

    Ətrafınızdakı insanların, xüsusilə ən yaxınlarınızın da sözünüzü bilmələrini təmin edin. Beləcə onlar da sizə dəstək ola biləcəkdir. Nə qədər çox adama söyləsəniz məqsədinizə çatmaqda o qədər asanlaşacaqdır. Yazarların söylədiyinə görə ən çox müəyyənləşdirilən sözlər bunlardır; Tarazlıq, Məqsəd, Başla, Fürsət, Soruş və Minnətdarlıq.

 

İndi sizin sıranızdır. 2016-cı il üçün sizə ilham verən sözü şərhlərdə bizlərlə paylaşmağı unutmayın. 🙂