20-li yaşlar həyatımız üçün inanılmaz dərəcədə əhəmiyyətlidir. Yetkin bir insan olduğumuz və xarakterimizin formalaşdığı illərdir. Bu yaşlarda əldə edilən vərdişlər həyatımızın irəlidəki vaxtlarında da yəqin ki, bizimlə bir olacaq. 30-lu yaşlarınızda necə bir insan olacağımızı 20-li yaşlardakı vərdişləriniz müəyyənləşdirir.

 

  1. Həyatınızı özünüz qazanın
    Həyatınızı başqalarının üzərindən yaşamayın. Nə qədər çətin olarsa olsun həyatda müvəffəqiyyətli olmaq üçün öz qərarlarınızı özünüz verməlisiniz. Qazandığınız pula görə plan qurun və o planlara uyğun hərəkət etməyə çalışın.


  2. Ailənizdən ayrı evdə yaşayın
    Ailənizlə yaşamaq və ya ev yoldaşıyla yaşamaq daha az xərcli və əyləncəli ola bilər, ancaq hər kəs 20 yaşlarında tək yaşamağı təcrübə etməlidir. Bu özünüzü daha yaxşı tanımağınızı və sərbəst yaşaya bilməyi təmin edər. Həm də evləndikdən sonra bir daha bu fürsəti tapa bilməyəcəksiniz.

      
  3. Doğru olmayan işlər görün
    Xəta etməkdən qorxmayın. Həyatınızı idarə edin, çünki, xətalar insana bir çox şey öyrədir.

      
  4. Borc almayın, borclarınızı qaytarın
    Pul yığmaqdan əvvəl borc almamağı öyrənmək lazımdır. Borc elə bir bataqlıqdır ki, girdikcə daha da batırır. Ayağınızı yorğanınıza görə uzadın.

      
  5. Hədəflərinizi müəyyən edinHədəflərinizi bilməsəniz, yerinizdə addımlayarsınız. Hara getmək istədiyinizə 20 yaşlarında qərar verin ki, 30-cu və 40-cı yaşlarda hədəflərinizə çatasınız. Sizə xoşbəxtlik və dinclik gətirəcəyinə əmin ola bilərsiniz.

      
  6. Daim kitab oxuyun
    Əgər bu günə kimi kitab oxumağı vərdiş halına gətirməmisinizsə, səhv etmisiniz. Hər zaman oxumaq yeni şeylər öyrədir

      
  7. Vacib hadisələri və xəbərləri təqib edin
    Həyatı anlamaq üçün bu çox vacibdir. Mütəmadi olaraq xəbərləri oxuyun. Həyata qarşı nəzər nöqtəniz meydana gəlsin.

      
  8. İdmanla məşğul olun
    Hər zaman xəyal etdiyiniz bədənə sahib olmaq çətin olsa da mümkünsüz deyil.

      
  9. Xoşunuz gələn işi kəşf edin
    Çox az sayda şanslı insan həqiqətən sevdiyi işi görür. Niyə siz bu az sayda insanlardan olmayasınız? Nə üzərinə işləmək istədiyinizi müəyyən edin və 20-li yaşlarınızı bu iş üçün infrastruktur hazırlayaraq keçirin. 30-lu yaşlarınızda işinizdən sıxılsanız və tam fərqli bir şey etmək istəsəniz, bunu unutmayın ki, kimsə təcrübəsiz 30 yaşında birini işə almaz ..

      
  10. Ətrafınızda olmasını istədiyiniz dostlarınızı seçin
    Yaxın dostlar çox əhəmiyyətlidir, amma köklü bir yoldaşlıq əlaqəsi qurmaq illər tələb edir. Həm onsuz da kim 30 yaşından sonra yeni yoldaşlıqlar qurur ki?. Yoldaşlarınızı qırmamağa diqqət yetirin, onları ətrafınızda saxlayın. Artıq onlara heç ehtiyacınız olmadığı qədər ehtiyac duyacaqsınız!

      
  11. Ailənizi ehmal etməyin
    Unutmayın ki, sizi qeyd-şərtsiz sevən ailənizdir.

      
  12. Pul yığın
    40 yaşlarında yaxşı yaşam istəyirsinizsə indidən xırda-xırda pul yığın

      
  13. Şəxsiyyət olduğunuzu anlayın
    Məsuliyyətli olun və hərəkətlərinizi ona görə tənzimləyin