ABŞ-ın Seattle şəhərində yerləşən xüsusilə turistlərin daha çox baş çəkdiyi “saqqız divarı” təmizlənməyə başlayır, amma “Seattle”lilərin bir hissəsi şəhərin simvolu halına gəlmiş, turist çəkən bir yeri yox etmə qərarına qarşıdırlar. Nə az, nə çox tam 20 ildir burada yaşayan insanlar və şəhərin qonaqları çeynədikləri saqqızı bu divara yapışdırırdılar.
Doğrudur, bir az ürək bulandırıcı olsa da, artıq bu bir ənənə halına gəlmişdi, amma səlahiyyətlilər, gigiyenik qaydalara zidd olduğu üçün divarı təmizləmə qərar aldıqlarını açıqladılar. İllərin təcrübəsi olan saqqızları təmizləmək isə olduqca çətindir. Xüsusi buxarlı təmizləyici alətlərdən istifadə olunsa da, təmizlik işlərinin 3 gün davam edəcəyi gözlənilir.