Pasxa ağacı? Bəli, siz doğru oxudunuz. Almaniyada pasxa zamanı yumurtalarla bəzədilmiş bu cür ağaclar qeyri-adi bir şey deyil. Bu ağaclar Alman dilində “Eirbaum” , “Osterbaum” , “Ostereierbaum” adlanır. Tərcümədə isə “yumurtalarla bəzədilmiş ağac” mənasını verir.

Christa və Volker Kraft ailənin digər üzvləri ilə birlikdə bu bayrama hər il çox ciddi yanaşırlar. Ailənin bu ənənəsi ilk dəfə 1965-ci ildə 18 yumurta ilə başlayıb. 1994-cü ildə isə 350 yumurta ilə davam edib.


2015-ci ildə isə gördüyünüz bu ağacı 10.000 yumurta ilə bəzəyiblər. Bu qədər yumurtanı ağacdan asmaq ailənin təxminən 2 həftə zamanını alıb. Bu artıq son limit idi. Çünki daha çox yumurtanı saxlamaq üçün ailənin boş otaqları yox idi. Kraft ailəsinin bu ağacı hər il minlərlə turistin diqqətini cəlb edir.


Amma təəssüf ki, 2015-ci il bu ağac üçün “vida ili” oldu, çünki bağ 2015-ci ilin aprel ayından sonra əbədi bağlanacaq..