Rəsul Quliyev – 1996-cı ildən komandadan uzaqlaşdırıldıqdan sonra ABŞ-a üz tutub.
Afiyəddin Cəlilov – Heydər Əliyevin etibar etdiyi kadrlarından biri. 1994-cü ildə terrorun qurbanı oldu.
Məmmədrəfi Məmmədov – müdafiə naziri. Komandadan 1994-cü ildə uzaqlaşdırılan uğursuz kadrlardan biri.
Lalə Şövkət – Heydər Əliyevin Moskvadan Bakıya gətirib yüksək vəzifə verdiyi Azərbaycanın eks-dövlət katibi. Lakin, yeni komandanı ilk tərk edən də Lalə Şövkət oldu.
Rafael Allahverdiyev – Heydər Əliyevlə onu daha dərin tellər bağlayırdı. Əvvəl Bakı şəhərinin meri vəzifəsindən, bir neçə il sonra isə deputatlıqdan və ardınca həyatdan getdi.