1664–cü il Londonda məşhur əczaçı Nikolay Lefevr-in “Kimya haqqında hər şey” adlı kitabı işıq üzü görmüşdür. Əczaçının qeydlərindən biri o olmuşdur ki, sağlam və cavan kişidən əzələləri kəsmək lazımdır və şərab spirtinə qoymaq lazımdır, daha sonra quru və soyuq yerdə asmaq lazımdır. Əgər hava rütubətli olsa və ya yağış olarsa bu əzələləri borunun üzərinə sərib və istiliyi çox olmayan odla qurutmaq lazımdır 

Avropada körpülərdə təzə qan və insan piyi əzcaçılıq məqsədləri ilə satılırdı və belə görsənir ki, kilsə də buna qarşı çıxmayıb. Bunu da onunla əlaqələndirirdilər ki, bir dəfə Ernan Kortesin əsgərləri adamın ətini başqasının ehtiyacı üçün kəsdikdə 2 keşiş buna canlı olaraq baxaraq susmuşdur və onlar həmişə susurdular. Əczaçılıq açıq-aşkar edam olunmalı olan məhkumların meyidlərini tələb edirdi, oğrular isə meyidləri tabutlardan oğurlayırdılar. Təkcə insandan əmələ gələn yağları torbalarla pula satırdılar.

 1564-cü ildə Navarradan olan fransız həkim Qi-De la Fonten Aleksandriyanın meyid anbarlarından birində əczaçılıq üçün kəsilmiş çoxlu insan sinələrinin canlı şahidi olmuşdur. Con Sanderson türk ticarət şirkətinin agenti 1985-ci ildə mumiyalanma biznesinə keçmə tapşırığını almışdır. O İngiltərəyə 280 kiloqrama yaxın mumiyalanmış şəkildə insan əti göndərmişdir. 13-cü əsrdə Abdul-Lətif adlı həkimin sözlərinə görə 3 kəllə sümüyü yarım dirhəmə satılırdı

Ətləri naməlum səbəblərdən tibb sahəsində istifadə edənlər daha sonra sümükləri də suvenir kimi bazara çıxarırdılar.

 

Əlbəttə biz bunun ciddi şəkildə avropanın köhnə adətləri olduğunu əminliklə deyə bilmərik. Bu barədə daha geniş və ya ətraflı məlumata sahib olanlar olarsa, öz fikirləriniz bizimlə bölüşə bilər.