1. Romantik şam yolu
Şamların romantik gücü müzakirə olunmazdır! Evinizin giriş qapısından başlayaraq yataq otağınıza qədər yerə kiçik, rəngli şamlar yerləşdirərək bir ‘şam yolu’ yaradın. Yoldaşınız yatağınızın kənarındakı son şama çatdığında onu orada gözləyin.
2. Şəkil sürprizi
Birlikdə çəkilmiş ən sevdiyiniz fotoşəkilləri arxivdən çıxarın və bir kollaj edin. Ən gözəl anlarınızdan ibarət olan kiçik bir albom xoş bir sürpriz ola bilər.
3. Sevginizi çəkin
Əgər şəkil çəkə bilirsinizsə, eşqinizi kağıza əks etdirməyə nə deyərsiniz? Əlaqənizi xoşbəxt sonla bitirən bir rəsm həm qeyri-adi, həm də əyləncəli ola bilər.
4. Şam işığında yemək
Bəlkə bir az klassik, amma hələ ən romantik alternativlərdən biri şam işığında bir axşam yeməyidir. İstər bir restoranda, istəsəniz ən sevdiyi yeməkdən ibarət olan bir menyu ilə evdə həzin bir musiqi və bir qədəh şərabla bu gecənin kefini çıxarmaq əlinizdədir.
5. Sevgi qutusu
İstədiyiniz boyda bir ayaqqabı qutusu əldə edin və üzərini şəkil, yazı, foto, çiçək, və s. ilə bəzəyin. İçini də ən sevdiyi şəkər və ya şokoladlarla doldurun. Bir də “sən bunlardan çox daha şirinsən” yazılmış bir kart əlavə etməyi unutmayın.
6. Bir az macəra
Çılğın bir şəxsiyyətə sahibsinizsə, onun iş yerində çöldən şüşələri silən liftə minin. İşlədiyi mərtəbəyə çatanda şüşəni döyüb “səni sevirəm” yazılmış qeydi göstərin.
7. Sevginizi anons edin
O gün birlikdə bir ticarət mərkəzinə gedin, sonra birdən ortadan yox olun və onu nə qədər çox sevdiyinizi mağazada mikrofonların vasitəsilə anons edin. Əlbəttə bütün bunları mağaza səlahiyyətliləriylə əvvəldən təşkil etməyi unutmayın.
8. Sevgi şarı
Ona aldığınız hədiyyənin ucuna üzərində “səni sevirəm” yazılan böyük bir şar bağlayıb yataq otağında yatağın üzərinə qoya bilərsiniz.
9. Hekayənizi yazın
Necə tanış olduğunuzu və onu nə qədər çox sevdiyinizi sətirlərə köçürüb bunu kiçik bir kitabça olaraq çap etdirə bilərsiniz.
10. Şeir təqvimi
Böyük bir təqvim hazırlamağa nə deyərsiniz? Böyük bir Kartonun üzərinə bütün ayları və günləri sıralayın. Hər gün üçün bir sevgi sözü yazın və üzərini kiçik kağızlarla bağlayın. Sevdiyinizin hər gün sizi düşünəcəyindən əmin ola bilərsiniz.
11. Nostalji yaşadın
Onu köhnə zamanlara geri aparmaq və gülümsətmək istəyirsinizsə, kənarda küncdə unudulmuş xoşbəxt bir uşaqlıq şəklini böyütdürüb çərçivələdin.
12. Baş-başa olmanın dadını çıxarın
Bu xüsusi günün kefini evdə çıxarmaq istəyirsinizsə, yeməyin ardından ən sevdiyi oyunları hazırlayıb onu xoşbəxt edin. Bu əyləncənin ardından da öz əllərinizlə hazırladığınız şirin peçenyelər ilə birlikdə romantik bir film izləyin və telefonlara cavab verməyin.
13. Evdə gəzinti
Bahar aylarında yamyaşıl çöllərdə gəzinti etmək çox gözəl ola bilər, amma bu mövsümdə də qeyri-mümkün deyil. Salonunuzda böyük bir sahə açın və yerə bir gəzinti süfrəsi qurun. Qoxulu şamlar və romantik bir musiqi mühiti daha da fərqliləşdirəcək.
14. Öz “puzzle”nizi düzəldin
Böyük bir kartondan ürək şəkli edin və üzərinə bir eşq sözü yazın. Sonra bu Kartonun istədiyiniz qədər kiçik parçalara bölüb qəşəng bir qutunun içində ona hədiyyə edin. Ardından bu hissələri birləşdirərək puzzle düzəltməsini istəyin.
15. Sevginizi yazın
Bir kaset və ya CD-yə onu nə qədər sevdiyinizi və sizin üçün nə qədər əhəmiyyətli olduğunu izah edən bir səs yazıb ona hədiyyə edin.
16. Ona xüsusi sevgi mahnısı
Musiqilə aranız yaxşıdırsa, ona sevginizi izah edən bir mahnı yazmağa nə deyərsiniz? Təbii mahnını da özünüz söyləmək şərtilə.
17. Ona rahatlıq hədiyyə edin
Sevdiyinizi son zamanlarda çox çalışdığını və yorulduğunu düşünürsünüzsə, bəlkə də ona kefli dəqiqələr hədiyyə edə bilərsiniz. Seçəcəyiniz bir fitness Centerin əvvəl hovuzunda üzəcəyini, ardından saunaya girəcəyini və son olaraq masajla rahatlayacağını öyrəndiyində xoşbəxt olacağına əmin ola bilərsiniz.
18. Radiodan eşq elanı
Davamlı dinlədiyi bir radio proqramı varsa, ona bu proqram vasitəsilə də eşqinizi elan edə bilər və mahnınızı göndərə bilərsiniz. Əlbəttə bunun təşkilatı əvvəldən planlaşdırılmalıdır.
19. Sadə və romantik
İstər işlədiyi iş yerinə, istəsəniz evə; ona “Səni sevirəm” yazısı ilə göndərəcəyiniz tək bir qırmızı gül ürəyini isidəcəkdir.
20. Billboard
Əgər maddi vəziyyətiniz imkan verirsə, evinizin yaxınlarında bir billboard kirayəyə götürün və ona ordan eşqinizi elan edin.
21. Ona xüsusi hava fişəng nümayişi
Yenə maddi vəziyyətiniz imkan verirsə, onun üçün bir hava fişəngi nümayişi təşkil edə bilərsiniz.
22. Qəzetə elan verin
Hər Sevgililər Günündə qəzetlərdə eşq elanları nəşr olunur. Siz də qəzetə bir elan verərək, ona olan sevginizi hər kəsə çatdıra bilərsiniz.
23. Sevgi tortu
Sevgililər Günü üçün xüsusi bir tort hazırlaya bilərsiniz. Qırmızı qida boyası istifadə edərək ürək şəklində bir tort bişirin və üzərinə krem şanti ilə “səni sevirəm” yazın.
24. Ona xüsusi şeir
Əgər həqiqətən romantizm küləkləri əsdirmək istəyirsinizsə, sevdiyiniz üçün bir şeir yaza bilərsiniz. Qırmızı bir kağıza yazacağınız sətirlərdən ibarət olan şeiri kiçik bir ürək qutuda hədiyyə edə bilərsiniz.
25. Onun üçün bir ətir yaradın
Parfümeriyada əldə edəcəyiniz ətir qoxularıyla ona xüsusi fərqli bir ətir yarada bilərsiniz.
26. Sevginizi toxuyun
Ən sevdiyi rənglərdən ibarət olan bir şal toxuyub, soyuq qış aylarında içinin istiləşməsini təmin edə bilərsiniz.
27. Mahnılarınızı yazın
Sizin üçün xüsusi olan bütün mahnıları bir kasetə və ya CD-yə yazın. Qapağını da birlikdə çəkilmiş bir şəklinizlə bəzəyin.
28. Avtomobilini bəzəyin
Avtomobilinə çiçəklər, şokoladlar və eşq sözlərinin olduğu kiçik qeydlər yerləşdirin. Sonra da bir bəhanə uydurub onu avtomobilə göndərin.
29. Bir gəmi kirayəyə götürün
Əgər sevgiliniz dənizi sevirsə, onun üçün kiçik bir gəmi kirayəyə götürə bilərsiniz. Ay işığında edəcəyiniz romantik bir səfər xoş bir sürpriz ola bilər.
30. Ofisdə sürpriz
İş yerindəki siyirtməsində, otağının divarlarına, kürsüsünə və ya şkafının üzərinə sevgi mesajları və kiçik sürpriz hədiyyələr yerləşdirin.
31. Kiçik bir tətil
Evə nəhəng bir dünya xəritəsi alın və ən sevdiyi ölkələri ürək şəklində işarələyin. Bir ürəyin içinə də “siyirtməyə bax” ya da oxşar bir qeyd yazın. Siyirtməyə də o ölkəyə getmək üçün iki dənə təyyarə bileti qoyun.
32. Yataqda nahar
Bəlkə başqa günlərdə də bunu edirsiniz, amma çiçəklər, eşq sözlərinin olduğu kiçik kartlar və kiçik bir hədiyyə ilə birlikdə bu xüsusi gündə ediləcək nahar da xüsusi olacaq.
33. Balaca bir dost
Əgər uzun zamandır pişik, it, quş və ya balıq sahibi olmaq istəyirsə, niyə Sevgililər Günündə olmasın?
34. Səhnədə eşq
Yalnız ikiniz üçün bir teatr salonu kirayəyə götürün və səhnəyə qəşəng bir süfrə qurun. Pərdə açıldıqda və qarson sizi səhnəyə dəvət etdiyində bütün salonu romantizm örtəcək.
35. Yollarına gül tökün
Əgər bir restoranda yer sifariş etmisinizsə, qapının girişindən masanıza qədər olan yola əvvəldən gül tökdürün və gül yarpaqları arasında ona masaya qədər yoldaşlıq edin.
36. Posterini asın
İkinizə aid ən sevdiyiniz şəkli poster olacaq qədər böyütdürün və bu posteri gedəcəyiniz məkana asın.
37. Sevginizi üzərinizdə daşıyın
Hər ikinizin şəkilini bir köynək üzərinə çap etdirib, arxasına şeir, sevgi sözləri və ya tanış olma hekayənizi yazdıra bilərsiniz.
38. Sizə xüsusi bijüteriya
İstər baş hərflərinizdən ibarət olan bir boyunbağı klonu, istəsəniz adlarınızı yazılı olduğu bir üzük və ya hər hansı başqa bir bijüteriya. Əhəmiyyətli olan yalnız sizə xüsusi olmasıdır.
39. Sevginizi səmaya yazın
İmkanınız varsa kiçik bir təyyarə kirayəyə götürün və quyruğuna eşqinizi etiraf edən bir yazı asın.