Adətən deyirlər ki, qadınlar onları güldürən kişiləri sevirlər. Bəlkə də sadəcə sevdikləri kişiyə gülürlər. Әmin deyilik, amma səbəb nə olursa olsun bir qadının onu güldürən bir kişilə birlikdə olmasının böyük üstünlük olduğunu bilirik. Xüsusilə də gərginlik dolu təhsil ya da iş həyatınız varsa…


1. Bir-birinizdən əsla bezməyəcəksiniz.

Boş boş keçirdiyiniz zamanlarda belə ən kiçik bir hərəkətiylə sizi güldürərək birlikdə keçirdiyiniz hər anda əylənmənizi təmin edir.


2. Mübahisə zamanında aranızdakı buzları asanca əridir.

Zarafatcıl bir kişi, gərgin anlarda mühiti yumşaltmaq və sizi rahatlaşdırmağı yaxşı bilir. Hətta bir mübahisədən sonra belə aranızdakı buzları əritməsi üçün bir iki cümləsi kifayətdir.


3. Birini güldürə bilmək üçün istedadlı və ağıllı olmaq lazımdır.

Dünyanı daha fərqli görmək və sürətli düşünə bilmək üçün yaradıcı və ağıllı olmaq lazımdır. Əgər sizi güldürə bilən bir insan tapsanız bunu ağılınızdan çıxarmayın.


4. Gülməyin modası əsla keçmir.

İstər 7, istərsə də 70 yaşında olun.. İnsan hər zaman gülmək istəyir. Beləcə zarafatcıl biriylə birlikdə olsanız həyatınız daha rəngli hal alır.


5. Özünə güvəni yüksəkdir.

Zarafatcıl biri ünsiyyət mövzusunda da yaxşıdır. Bu da onun özünə olan güvənini artırır.


6. Dostlarınız da onu çox sevir.

Nə olursa olsun, dostlarınızın düşüncəsi sizin üçün çox əhəmiyyətlidir. Sevdiyiniz birini dostlarınız da qəbul edirsə çox xoşbəxt olursunuz.


7. Gələcək də evlənsəniz, uşaqlarınız da zarafatcıl olur.

Zarafatcıl bir ataya sahib uşaq həm daha xoşbəxt böyüyür, həm də həyatdakı çətinliklərin öhdəsindən necə rahatlıqla gələ biləcəyini öyrənir.


8. Sizin gülüşünüz onun üçün ən böyük hədiyyədir.

Ən böyük hədiyyədir deyərək şişirtmək istəmirik amma, nəticədə etdiyi zarafatlara gülərək yalnız özünüzü deyil onu da xoşbəxt edərsiniz.


9. Zarafatcıl biri çox yaxşı müşahidəçidir.

Müşahidə qabiliyyəti yüksək olan biri sizi də doğru şəkildə müşahidə edə bilər. Bu sayədə nə zaman, nə istədiyinizi və nə hiss etdiyinizi anlayaraq ona görə hərəkət edər.


10. Daha uzun yaşayarsınız

Gülmək ən yaxşı dərmandır deyirlər və haqsız sayılmazlar. O zaman təbriklər.. 🙂


11. Özünüzü çox rahat hiss edərsiniz.

Utanc verici bir hadisə yaşasanız belə gülüb keçəcəyinizi bildiyiniz üçün gərgin olmazsınız.


12. Yaraşıqlılıq fani, gülmək bakidir.

Birlikdə olacağınız insanı yalnız xarici görünüşünə görə seçməyin doğru olmadığını bilirik. Həm bir kişinin güldürə bilmə mövzusundakı qabiliyyəti, onu daha da cazibədar edir.