105 yaşlı yapon həkim Shigeaki Hinohara həyatının son aylarına qədər insanları müalicə etməyə davam edir, gün ərzində 18 saat işləyirdi. Onun həyat prinsipləri və tövsiyyələri isə bundan ibarət idi:
Həyatdaki ən vacib şey, dünyaya etdiyiniz qatqıdır
«Hər an başqaları üçün gözəl bir şeylər etmək üçün fürsətdir. Günə bu fikirlə başlamaq çox önəmlidir».
Ciddi yuxu rejimi və qida rasionu barədə narahat olmağı buraxın, əylənmək üçün özünüzə zaman tanıyın
«Uşaq ikən biz o qədər məşğul olurduq ki, yemək və yatmaq haqqında unudurduq. Məhz bu enerji ilə həyata davam etmək lazımdır».
Ən az 70 yaşınıza qədər işləməyə davam edin
«İşinizi erkən atmaq, həyatınızı bilərəkdən qısaltmaq deməkdir».
Çox yaşamaq istəyirsinizsə, kökəlməyin
«Səhər yeməyinə portağal şirəsi və bir xörək qaşığı zeytun yağı içirəm. Nahara isə süd və peçenye yeyirəm. Axşam yeməyim – tərəvəz, balıq və düyüdən ibarətdir. Həftədə 2 dəfə isə 100 qram ət yeyirəm.
Mən acmaq üçün çox məşğul oluram».
Diqqətinizi ağrılarınıza cəmləyərək, onun daha da gücləndirməyin
«Ağrıdan fikrinizi yayındıracaq tək şey nədənsə zövq almaqdır. Özünüzü bundan məhrum etməyin. Xəstəliyə təslim olmayın, hər zaman çıxış yolunu axtarın».
Hər zaman pilləkənə üstünlük verin
«Əzələlərinizi məşq etdirmək üçün hər bir fürsəti dəyərləndirməliyik».