Yəqin ki, hər birimiz Adolf Hitler barədə azdan – çoxdan nələrsə bilirik, lakin indi oxuyacaqlarınız gündəlik həyatda qarşınıza çıxmayacaq məlumatlardır.
1. Hitler alman yox, Avstriya əsillidir.
Belə ki, o, Avstriya vətəndaşı olaraq doğulmuşdur. 1925-ci ildə sözü gedən ölkənin vətəndaşlığından çıxmışdır
2. Adolf Hitlerin ən böyük arzusu rəssam olmaq idi
Gəncliyində rəsm ilə məşğul olan Adolf, 1907-ci ildə Vyana İncəsənət Akademiyasına müraciət etsə də, bacarıqlı hesab olunmadığı üçün qəbul edilməmişdir. Birinci Dünya Müharibəsinə qatılmamışdan öncə onun 2000-nə yaxın rəsm əsəri var idi
Gördüyünüz rəsm əsəri Adolf Hitlerin özünə məxsusdur: Vyana opera binası
3. Hitler imkansızlıq ucbatından bir müddət dövlətin evsizlər binasında qalıb
Bu hadisə 1909-cu ildə baş verir. Həmin dönəmlərdə o, postal kartlardakı mənzərə şəkillərini çəkərək bunları dükanlara və turistlərə satıb dolanmağa çalışırdı.
4. Avstriya ordusu tərəfindən tutularaq geri gətirildi.
Münhendə olarkən hərbi xidmətə cəlb edilmək məqsədilə Avstriya ordusu tərəfindən ölkəyə geri qaytarılsa da, fiziki cəhətdən əsgərlik üçün yararsız olduğunu görən dövlət onun yenidən Münhenə dönməsinə razılıq verir
5. Həyatının bir dönəmi 5 il azadıqdan məhrum edilsə də…
1 aprel 1924-cü ildə hökümətə qarşı inqilab etməsi səbəbiylə 5 il həbs cəzasına məhkum edilir, lakin daha sonra xalq üçün təhlükə mənbəyi sayılmadığı nəzərə alınıb həmin ilin 20 dekabrında azadlığa buraxılır. Hitler özünün məşhur “Mübarizəm” adlı kitabını bu 8 ayda yazır.
6. Alman irqini daha yaxşı etmək naminə öz zehni məhdudiyyətli(əqli çatışmazlığı olan) vətəndaşlarını öldürtdürür.
7. Hitler ona qarşı edilən 42 sui-qəsddən qurtulmağı bacarıb.
Maraqlısı odur ki, bunların hər birindən yara almadan qurtulub. Bəzilərinə görə, Adolf bütün sui-qəsdləri özü təşkil edirdi və məqsədi ad-sanını daha da yüksəltmək idi.
8. Adolf Hitler Time jurnalının 1938’ci ol buraxılışında “İlin Adamı” seçilib.
9. 1939-cu ildə Nobel Sülh mükafatına namizəd göstərilsə də, qazana bilmir.