Yenə sizi təəccübləndirəcək faktlar təqdim edirik. 🙂
- 300 səhifəlik kitab oxuduğunuzda gözləriniz təxmini olaraq 1 km-lik məsafə qət etmiş hesab olunur.
- 49 yaşlı cənubi amerikalı astronom Dani dü Tüa hər an ölümün gələ biləcəyi haqqında bir məqalə oxumuşdu. Bu məqaləni oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı və boğularaq can verdi.
- Hər il təxmini olaraq 7000 insan həkimin anlaşılmayan xəttinə görə vəfat edir.
- Prosopagnosia xəstəliyinə məruz qalan insanlar başqalarının sifətlərini ayırd etməkdə çətinlik çəkirlər, bəzən hətta bundan xəbərsiz olurlar. Dünya əhalisinin 2%-i bu xəstəliklə əziyyət çəkir.
- 10-30 dəqiqə ərzində banan qabığını bədəndəki göyərmələrin üstündə saxlamaqla onlardan qurtulmaq olur.
- Marsda gün batımı mavi rəngdədir.
- Bayquşlar başını 270 dərəcə fırlaya bilərlər.
- Dünyanın ən uzaqdan çəkilmiş fotosu təqribən 6 milyard km məsafədəndir.
- Dünyadakı qızılın 99 faizi nüvə hissəsindədir. Bu qızıl ehtiyatı ilə dünyanı 45 sm qızılla örtmək olar.
- Kosmosda 2 dəmir parçasını bir-birinə toxundursanız sonunda 1 dəmir parçası əldə etmiş olursunuz.