Mətbəx adətən xanımlar üçün ayrı bir dünyadır. Əgər mətbəxdə yenisinizsə və aşpazlıq əsərlərinizi peşəkarlıqla hazırlamaq istəyirsinizsə, aşpazların məsləhətlərini diqqətlə oxuyun:
- Qızartma yeməklər hazırlayarkən, yağın tavadan sıçramaması üçün tavaya az miqdarda duz səpin.
- Ətin üstünün qıp-qırmızı qızarması üçün ona bal çəkin, daha sonra qızartmağa başlayın.
- Ciyərin zərif və yumşaq olmasını üçün onun üzərinə şəkər tozu səpin.
- Yumurtanın qaynayarkən çatlamasını istəmirsinizsə, onu əvvəlcə soyuq suda yuyun.
- Düyünün dən-dən olması üçün bişirməyə başlamazdan öncə düyünü yarım saat ərzində soyuq suda isladın.
- Solmuş şüyüd və cəfərini canlandırmaq üçün göyərtiləri su və sirkə qarışımında saxlayın.
- Kartof dilimlərinin qızararkən biri birinə və tavaya yapışmasını istəmirsinizsə, doğranmış kartofu yuyun və qurulayın. Beləliklə, kartof həm də xırt-xırt alınacaq.
- Balığın köhnə olduğundan şübhə edirsinizsə, balıq dilimini su ilə dolu kasaya atın. Balıq dilimi batsa təzə, üzdə qalsa isə köhnədir.
- Göyərti doğrayarkən onun bıçağa yapışması sizi narahat edirsə, göyərtinin üzərinə az miqdarda duz səpin.
- Çox sayda qaynadılmış yumurtaya ehtiyacınız olarsa, unutmayın ki, yumurtaları sobada da qaynada bilərsiniz. Necə? Sadəcə soba tavasının üzərinə qoyaraq.
- Reseptinizdə mayonez var, soyuducuda isə yoxdur? Blenderdə 1 yumurta və 150 ml zeytun yağını qarışdıraraq mayonezi əvəz edə bilərsiniz.