Babillər 7 günlük həftəni zaman vahidi kimi istifadə edirdilər. Daha sonra misirlilər , çinlilər , yunanlılar 10 günlük , romalılar isə 8 günlük həftədən zaman vahidi kimi istifadə etdilər.
İlk zamanlarda bilinən 5 planet , günəş və ayın sayının 7 olması bu rəqəmi sirli və uğurlu edirdi . Daha sonra dinlərdə göyün 7 qat olması və təbiətdəki rəng sayının 7 olması , musiqi notlarının 7 olması bu rəqəmin əhəmiyyətini artırdı. Daha sonra 1792 –ci ildə Fransa həftənin günlərinin sayını 10 etdi . Ancaq bu qəbul olunmadı . Rusiya 1929-cu ildə 5 günlük həftə tətbiqinə keçdi . Ancaq bu tətbiqdə uzun çəkmədi . Daha sonra 1940-ci ildə yenidən həftə 7 gün olaraq qaldı .