Sosial şəbəkələrdən daha çox zaman keçirən istifadəçilər, #followmeto hashtagini bilir. Rusiyalı cütlük Murad Osman və Natalia Zakharova tərəfindən, 2013-ci ildə başladılan və yayılan, romantik fotoşəkillərin paylaşıldığı bir hashtagdir. Cütlük, paylaşdığı bir-birindən gözəl fotoşəkillərlə minlərlə insan tərəfindən bəyənilir və izlənilir, lakin bizim qonaqlarımız Tayvanlı Forrest Lu və Agnes Chien cütlükləridir.
Tayvanlı cütlüyümüz, romantik #followmeto hashtaginə meydan oxuyan bir neçə şəkil paylaşmışdır. Agnes, Forrest’i burun dəliklərindən, saçlarından və qulaqlarından çəkə-çəkə sürüyür. Bundan daha romantik nə ola bilərdi ki!? 🙂 Fotoşəkillər Facebookda minlərlə insan tərəfindən paylaşılmışdır.