Şaxta Baba dəyəndə gözünüzün önünə qırmızı paltarlı, ağ saqqallı, göbəkli və şirin bir baba gəlirsə möhkəm durun, çünki canlandırdığınız bu imici bir azdan yerlə bir edəcəyik… Bu Şaxta Babanın klassik bir qırmızı pencəyi yoxdur. Hətta göbəyi keçirik, bir qram artıq yağı belə yoxdur. Qarşınızda Şaxta Babanın ən son versiya var.



Bu xarizmatik centlmenin adı Paul Mason’dur. 51 yaşındadır və 30 ildir ki, modellik edir. Kanadada olan bir ticarət mərkəzi bir az fərqli olmaq istəmiş və bu ilin Şaxta Babası olaraq Paul Masonu seçmişdir. Masonun paltarları stilistlər tərəfindən seçilir. Bu müasir Şaxta Baba ilə şəkil çəkdirənlərin verdiyi pullar isə xəstə uşaqlara kömək edən xeyriyyə təşkilatlarına paylanır.