Məlumat verici, əyləncəli, və axıcı təqdimatlara artıq son veririk! Ən bərbad təqdimatı hazırlamaq üçün məhz bunları etməliyik (!) Bir çoxumuz darıxdırıcı, yersiz və ya baş qarışdıran təqdimatlar izləmiş, bəlkə də bu kateqoriyaya daxil olan təqdimatlar hazırlamışıq. Tamaşaçılarına bir şey qazandırmayan təqdimatlarda çox zaman bənzər xüsusiyyətlər mövcuddur.


Gəlmiş keçmiş ən bərbad təqdimatlar siyahısında üst sıralarda yer almaq istəyirsinizsə MindTools’un sıraladığı bu siyahıdakı tövsiyələri yoxlaya bilərsiniz. Amma təqdimatınızı məlumat verici, motivasiya edici, hətta ilham verici bir təqdimata çevirmək istəsəniz bunlardan mütləq qaçmalısınız.


1. ​​Kifayət qədər hazırlanmayın.

Steve Jobs təsir edici bir natiq idi. Məruzələri son dərəcə təbii, hər hansı bir səy tələb etməyən monoloqlar şəklində olurdu. Halbuki, sıradan və səy tələb etməyən bu axıcı təqdimatların ardında Jobsun günlərlə, hətta həftələrlə bu təqdimata gizli şəkildə çalışması dayanırdı. Siz siz olun Jobsdan nümunə götürməyin!

Diqqətli bir hazırlıq prosesinə başlamayın. Planlaşdırma və hazırlığa nə qədər zaman sərf etməniz təqdimatdan təqdimata, mövzudan mövzuya, adamdan adama dəyişsədə, bərbad bir təqdimat üçün hazırlıqları son ana saxlamaq ən ağıllı yanaşma olacaqdır. Yaxşı hazırlanaraq bərbad bir təqdimatı, yaxşı bir təqdimat halına gətirə bilərsiniz. Әsla bu cür etməyin..

Tələsik hazırlandığınız təqdimat, gərginliyinizi də artıracaq. Az hazırlandığınız üçün mövzuya hakim olmayacaqsınız, mövzuya hakim olmadığınız kimi, özünüzə olan güvəninizdə azalacaq. Duruşunuz, danışığınız, slaytlara aşinalığınız həmişə bərbad bir təqdimat hazırlamağınız dəstək olacaqdır.


2. ​​Məkan və avadanlıqlarla əvvəlcədən tanış olmayın.

Bir saat sonra təqdimatınızın olduğunu fərz edin. Təqdimat edəcəyiniz salona gəlirsiniz və qorxduğunuz başınıza gəlir. Proyektor kompüterinizə uyğun gəlmədiyi üçün işləmir. Üzərində saatlarla çalışdığınız slaydların heç bir dəyəri qalmır. Belə bir kabus yaşanmamalıdır.

Niyə bir saat əvvəl təqdimat salonuna gedirsiniz ki? 5-10 dəqiqə kifayətdir. Onsuz da avadanlıq işləmədikdən sonra edəcək bir şey yoxdur. Boşuna özünüzü narahat etməyin.

Bir gün əvvəldən təqdimat edəcəyiniz yeri ziyarət etmək, avadanlıqları yoxlamaq, problem varsa, başqa kompüter təşkil etmək və ya təqdimatı flaş karta yazmaq kimi alternativ həllər düşünməyin, çünki bunlar bərbad təqdimatın ana düşmənləridir. Nə kimi çatışmazlıqlar ola bilər deyə düşünüb özünüzü boş yerə yormayın.


3. İzləyicilərə hörmət etməyin.

Bəzən təqdimat edənlər təqdimatlarının məzmununa o qədər özlərini həsr edirlər ki, izləyicilərinin ehtiyaclarını görməməzlikdən gəlirlər. Halbuki, təqdimatın müvəffəqiyyətli də, müvəffəqiyyətsiz də olduğunu təyin edən izləyicilərdir. Onları sıxılmış, bezmiş, yuxusu gəlmişmi görürsünüz? Bərbad bir təqdimat üçün doğru yoldasınız…

Təqdimatınıza kimin sözünün keçəcəyinin, kimin ehtiyaclarının ön planda olacağını hiss etdirərək başlayın. (İp ucu: SİZ) Önünüzdəki 15 dəqiqə yalnız sizə aiddir. İstər slaytlarınızla əlaqədar danışarsınız, istər mövzunu dərindən izah edərsiniz, istəsəniz də 1950-ci illərdə çəkilmiş bir sənədli filmə yer verərsiniz … Rəhbər sizsiniz.

İzləyicilər sıxıldığı üçün yolunuzu əsla dəyişdirməyin. Nə danışmaq istəyirsinizsə onu da danışın.


4. Aydın olmayan mövzulardan istifadə edin.

Təqdimatın məqsədi sizin nə qədər məlumatlı olduğunuzu izləyicilərinizə sübut etməkdir (!) Onların mövzunu anlayıb anlamaması əhəmiyyətli deyil, ancaq izah etdikləriniz onlara sadə gəlməməsinə diqqət göstərməlisiniz.

Bərbad təqdimat üçün mövzunu heç bilməyənlərə professional səviyyədə,mövzunu bilənlərə isə sahələri olmayan mövzularda təqdimat hazırlayın. Təqdimatı sonunda hər kəsin sıxıntıdan partladığına əmin olun.


5. Təqdimatı lazımsız məlumatlarla doldurun.

Qısa və dəqiq təqdimatlar, tamaşaçılara “Elə bu qədər? Bu qədərini mən də edərəm..” hissini verir. Halbuki, təqdimatlarınızdan tamaşaçaların heç bir şey anlamaması üçün çox sözdən, mürəkkəb ifadələrdən, spesifik terminlərdən, istifadə etsəniz daha yaxşı olacaqdır.

Yalnız əsas mövzunu izah etməklə kifayətlənməyin, maddələri çoxaldın, hər maddənin içində heç kimi maraqlandırmayan detallara yer verin. Bir mesaj deyil, bir çox mesaj verin. Kim nəyi anlayırsa anlasın… Təqdimatın sonunda insanların başı qarışmış olsun, bildiklərini unutsunlar və başları ağrısın.


6. Təsir gücü zəif olan şəkillərdən istifadə edin.

Yanlış seçilmiş şəkillər bərbad təqdimatın olmazsa olmazıdır. Şəkillər yazıdan daha çox yaddaşda qalır. Göz qamaşdıran rənglərlə, lazımsız animasiyalarla və oxunması çətin kiçik yazılarla hazırlanmış təqdimatlar sizi əsla yarı yolda buraxmayacaqdır. Mövzuyla uzaqdan yaxından əlaqəsi olmayan ancaq hər kəsin xəyalını başqa yerlərə aparacaq qısa filmlər çox əhəmiyyətlidir.

Şəkillərin keyfiyyətinə diqqət yetirməyin. Doğrudur bu səbəbdən bəziləri sizi professional biri olaraq görməyəcək, amma unutmayın hər kəsi məmnun edə bilməzsiniz….


7. ​​Təqdimatı qarışıq şəkildə izah edin.

Slaytlarınızı 3-4 maddəylə qısıtlamayın, 10-12 maddəni bir slayda yerləşdirməyə çalışın. Təqdimatınız zəngin görünsün. Slaytları açar-açmaz sizi dinləməyən kiçik yazıları oxumağa çalışan bir dinləyici kütləsi, üzünüzə maraqla baxan dinləyicilərdən daha yaxşıdır.

Təqdimatınız uzun olsun, ama slaytlarda uzun zaman keçirmə gərəyi duymayın, sürətli sürətli oxuyub keçin. Əgər dinləyicilərinizin kifayət qədər sıxılmadığını görürsünüzsə, arada başınıza gələn qəribə və darıxdırıcı hadisələrdən bəhs edin. Bu hekayələrin mütləq mövzuyla əlaqədar olması da lazım deyil.


8. Çox sürətli danışın.

Günümüzün böyük bir hissəsini danışaraq keçirməyimizə baxmayaraq, bir dinləyici kütləsinə danışmanın nə qədər fərqli və çətin bir şey olduğunu unutmayın. Bu çətinliyi aşmanın ən praktik yolu sürətli danışmaqdır.

Elə sürətlə danışın ki, həyəcanınız səsinizi üstələsin, dilinizin dolaşsın və ya səsiniz titrəsin. Sürətli danışmaq yaxşıdır. İşinizi sürətli bitirərsiniz.


9. Bacardığınız qədər darıxdırıcı olun.

Bərbad təqdimatda natiqin mövqeyi çox əhəmiyyətlidir. Kürsüyə bağlı qalın, yerinizdən heç tərpənməyin. Kürsünün arxasında rahatlaya bilərsiniz, hətta kompüterinizi də kürsüyə qoyub onun arxasında gizlənə bilərsiniz. Öz rahatlığınız hər şeydən üstündür.

Təqdimat sizindir nə istəsəniz onu da edə bilərsiniz. Əllərinizi hara qoyacağınızı bilmədiyiniz zamanlarda isə onları sağa sola silkələyərək təbii görünə bilərsiniz! Gərginliyinizi də izləyicilərə yansıdaraq təqdimat sonra özünüzü rahatlamış hiss edərsiniz.


10. ​​Göz təmasından çəkinin.

Bütün təqdimatı boyunca qeydlərinə baxan və ya kompüterin ekranından gözünü ayırmayan birini heç dinləmisinizmi? Darıxdırıcı, əsəb verici, mövzusunu belə xatırlamadığınız bir təqdimat.. Məhz bu … Belə bir təqdimatda ən əhəmiyyətli şey izləyicilərlə göz təması qurmamaqdır.

Dinləyicilərinizin gözünün içinə baxmaq onlarla fərdi bir bağ quracaqdır! Әsla bunu etməyin.. Təqdimat tək istiqamətli bir ünsiyyət yoludur. Yəni siz danışarsınız, dinləyicilər də sizi dinləyərlər.


    Ana nöqtələri UNUTMAYIN:
    Bərbad bir təqdimat nə hazırlıq, nə də səy tələb etmir.

    Hazırlıqsız olmaq və ya az hazırlanmaq, tamaşaçıya uyğun olmayan məzmun təqdim etmək, açıq və dəqiq bir dillə danışmamaq bərbad təqdimatın əsas prinsiplərindəndir.

    Təqdimat üçün əvvəldən plan hazırlamaq vaxt itkisidir.

    Seçdiyiniz şəkillər aşağı keyfiyyətli və ya mövzuyla əlaqəli olmamalıdır.