Dünyanın hansı ölkəsində yaşayırsınızsa yaşayan, bu cümlələr hər birinizə tanış olmalıdır. Biz uşaq ikən bu cümlələr bizi küsdürsə də, indi bütün bunların sevgi və qayğının təcəssümü olduğunu bilirik. Gəlin, analarımızın ən çox istifadə etdiyi cümlələri yadımıza salaq:
- Min dəfə demişəm, stulda yellənmə!
- Buterbrod yemək sayılmır.
- Hara atmısansa, orada da axtar.
- Belini düz saxla.
- Sənə xəbərdarlıq etmişdim.
- Yat, yoxsa səhər dura bilməyəcəksən.
- Məktəbi 20 il bundan əvvəl bitirmişəm və vurma cədvəli hələ də yadımdadır.
- Başın ağrıyır? Bütün gün komputerin qabağında oturmaqdandı.
- Nə vaxt öz uşaqların olar, onda başa düşərsən.
- Mən sənin yaşında olanda bütün bunlara sahib deyildim.
- Bu qədər pul nəyinə lazımdır?
- Nə vaxt əlin çörəyə çatar, onda hər istədiyini edərsən.
- Bəs bu itə kim qulluq edəcək? Onu kim gəzdirəcək? Sən? Hə, gözlə!
- Bunu səndən birdə eşitməyim!
- Qəbul olmasan işləyəcəksən.
- Yenə küçəyə çıxan kimi papağını çıxartdın? Pəncərədən baxırdım.
- Xalxın uşağı…
- Sonra mənə sağ ol deyəcəksən.
- Sən bizim üçün oxumursan ki, özün üçün oxuyursan.
- Mən də çox şey istəyirəm.
- Səhər açılmamış internetdəsən!
- Sən məktəbdə də belə danışırsan?
- Hamıdan mənə nə? Sən hamı deyilsən!
- Evdən çıxanda zibili at.
- Qalığı qaytar.
Bəs sizin üçün ən yadda qalan cümlələr hansılardır?