Siz əfsanəvi “Chanel №5” istifadə edə bilərsiniz, yaxud ətirlərinizi tez-tez dəyişməyə üstünlük verirsiniz… İstənilən halda ətirlərdən istifadənin bir məqsədi olur: ətrin yayılmasını və qalıcılığını daha uzun müddətə təmin etmək. Ətrin qoxusunun daha qalıcı olması olması üçün bir neçə üsulu sizə təqdim edirik:
1. Saçlar. Bəzi ekspertlər vurğulayırlar ki, saçlar qoxunu dəridən yaxşı saxlayır. Bunu bəlkə siz özünüz də hiss etmisiniz. Adicə siqaret çəkən adamın yanında olanda sonra həmin tüstü qoxusunu saçlarınızda hiss edirsiniz. Buna əsaslanaraq ətirlərin qalıcılığını saçlarla təmin etmək olar: bir az nəm saçlara ətrinizi vurun sonra qurudun.
2. Qulağın arxası. Bu nöqtələr nəbz nöqtələri kimi də tanınır. Bu nöqtələrdə kiçik venalar dəriyə yaxın yerləşdiyi üçün bədənin bu hissələrinin temperaturu daha yüksək olar. Bu isə ətirlərin uzunmüddətli qalıcılığını təmin edir.
3. Dirsəklərin iç tərəfi. Bu “yerlər” biləklərin alternatividir. Ətri vurmamışdan öncə dərini nəmləndirin ki, ətir daha çox yayılsın.
4. Nəmləndirmə. Ətirləri istifadə etməmişdən öncə dərinizi təmizləyib nəmləndirin. Bu halda ətrilər dəriyə daha yaxşı hopur və uyğun olaraq daha çox qalıcı olur.