Ətrafınızda Əksəriyyətlə Soyuq, Cansıxıcı, Küskün, Pessimist və Hirsli İnsanlar Görürsünüzmü?

Bir neçə gün əvvəl internet adreslərinin birində belə bir sorğuya rast gəlmişdim:

“Gündəlik həyatınızda, avtobuslarda, səkilərdə, iş yerlərində, dövlət dairələrində, məktəblərdə, xəstəxanalarda, əksəriyyətlə hansı növ insanı görürsünüz?

A: Soyuq, cansıxıcı, küskün, pessimist və hirsli insanlar

B: Şən, şövqlü, canayaxın, optimist və sakit insanlar. “

Mən bu suala “A” olaraq cavab verdim və mənə bu yazını yazmağa ilham verdi. Çünki ətrafımda soyuq, cansıxıcı, küskün, pessimist və hirsli insanları əksəriyyətdə görürəm.

Ağlıma gələn ilk sual: “Görəsən doğru mu görürəm, yoxsa mən mi səhv anlayıram?”

Bu suala cavab tapmaq üçün insanlarla söhbət edirəm və bu mövzuda fikirlərini dinləyirəm və çoxunun eyni fikirdə olduğunu görüb “Demək ki, doğru qavrayıram” deyirəm özümə; belə görən yalnız mən deyiləm. Ağlıma gələn ikinci sual: Ətrafımda gördüyüm belə soyuq, cansıxıcı, küskün, pessimist və hirsli insanları kim yetişdirir? Bu insanlar hansı mühitin məhsuludur?

Bunu cavablandırmaq üçün insanlararası əlaqələr və ünsiyyət mövzusunda mütəxəssisləşmiş bir elm insanı olmağa ehtiyac yoxdur: Ailə. Mənə görə bu ölkədəki ailələrin çoxu soyuq, cansıxıcı, küskün, pessimist və hirsli insan istehsal edən fabrikdir. Ailə dedikdə ər-arvad-nənə-baba-əmi-dayı-xala-bibini içinə alan bir əhatəni vurğulamaq istəyirəm.

Belə pessimist duyğulu bir yazı yazdığım üçün təəssüf edirəm. Dürüstcə qəbul etdiyiniz gerçəkləri olduğu kimi yazmaq istəyirəm. Dəyişmənin ancaq gerçəklər üzərinə inşa edilə biləcəyinə inanıram.

Və bəli, həqiqətən, belə görürəm: Soyuq, cansıxıcı, küskün, pessimist və hirsli insanlar ər-arvad-nənə-baba-əmi-dayı-xala-bibi olurlar və özləri kimi soyuq, cansıxıcı, küskün, pessimist və hirsli nəsillər yetişdirirlər.

Bu nöqtədə üçüncü və dördüncü sual eyni anda ağlıma gəlir; üçüncü sual “Necə?, dördüncü də ‘ Niyə? ‘sualıdır.

Soyuq, cansıxıcı, küskün, pessimist və hirsli ana-ata-nənə-baba-əmi-dayı-xala- bibi ailəyə gəlmiş olan o möhtəşəm potensiala, o kiçik insana ‘necə’ təsir edir, nələr edir, nə söyləyir ki, gün keçdikcə o möhtəşəm körpə özləri kimi eyni birinə çevrilir.

Və ‘nə üçün’ belə edirlər? Niyə özləri kimi soyuq, cansıxıcı, küskün, pessimist və hirsli insanlar yetişdirirlər? O ailəyə gəlmiş olan uşağın şən, şövqlü, cana yaxın, optimist və sakit bir insan olaraq yetişdirilməsi mümkün ikən ‘niyə’ onu da özləri kimi soyuq, cansıxıcı, küskün, pessimist və hirsli insanlar olaraq yetişdirirlər?

***

Bura qədər oxudunuzsa Azərbaycandakı insan mənzərələriylə siz də maraqlanırsınız deməkdir. Ümid edirəm aşağıda yazdıqlarım da diqqətinizi cəlb edəcək.

Günəşli bir gündə açıq havada bir kafedə oturub bir müddət kitabımı oxudum, sonra sağımda irəlidəki stolda oturan bir baba, nənə və iki-üç yaşındakı qız nəvəsi diqqətimi o tərəfə çəkdi. Uzun müddət uşaq stulunda oturduqdan sonra nəvə aşağı enmək istədi. Nənə nəhayət uşağı aşağı endirdi və onu babaya əmanət edərək özü harasa getdi. Uşaq ayaq üstə dayanmaqdan, yeriyəbilməkdən, hərəkət edəbilməkdən çox xoşbəxt idi; quşlar kimi qollarını çırpıb olduğu yerdə tullanır və üzü ətrafa gülüş saçırdı. Yerimək istəyir, bütün istədiyi yeriməkdi və ətrafda təhlükəli heç bir şey yox idi.

Baba, davamlı olaraq, “Xeyr!” “Getmə!” “Toxunma!” “Gəl bura!” Deməyə başladı. İri gövdəli bir qarson uşağın yanından keçərkən baba, “Bax bu əmi sənə əsəbləşir; gəl yanıma! “deməyə başladı. Uşağın sadəcə eləmək istədiyi gəzmək, görmək, həyatın o an təqdim etdiyi imkanları görmək və araşdırmaq. Amma qadağandır.

İçimdə hirs var; nə edəcəyimi bilmirəm, amma düşünürəm: o anda bu mühiti idarə edən babanın mədəniyyətinin özəyini kəşf etdim: Uşaq olaraq mühiti azadca araşdırmaq, ürəyincə yaşamaq, xoşbəxt olmaq, özün olmaq qadağan və təhlükəlidir. Uşağa çox hörmətsiz və sevgisiz biri idi. Özündən soruşsan bunu qətiliklə qəbul etməz, amma məncə bu baba, o anda çox hörmətsiz və sevgisiz yanaşırdı.

Yaxşı, haradan bilirəm bu babanın sevgisiz olduğunu?

Baxın, hörmət və sevgi içindəki bir baba məncə necə davranardı?

Hörmət edən bir baba uşağın ətrafı kəşf, gəzmə və görmə istəyinə hörmətlə davranar və uşaq gəzərkən onun arxasından özü yavaş-yavaş yeriyərdi. Uşaq bir şeyə baxdığı zaman baba ona baxdığı şeyin nə olduğunu söyləyərdi: “Bəli, quş budağa qonub. Pişik ona baxır. Bax sənə insanlar gülümsəyir, çünki sən çox şirin bir qızsan, səni sevirlər, “deyərək baba uşağın arxasından yavaş-yavaş gedər və dünyanı ona aydın olacaq şəkildə və gözəl bir yer olduğunu izah etməyə çalışardı.

Sevginin iki əsas göstəricisi vardır: əmək və vaxt ayırmaq. Yaxşı, nə üçün insan sevdiyinə əmək və zaman ayırır? Yəni sevginin niyyəti nədir? Sevginin niyyəti inkişaf etdirmək və sevdiyinin ola biləcəyinin ən yaxşısı olmasına kömək etməkdir. Dünyanı kəşf etməsinə icazə verilən və özü ilə dünya arasında mənalı bir əlaqə qura biləcək gücü olduğuna inanan uşaq, uşaqlığını doya doya yaşayar. Yetişmiş və oturaqlı bir şəxs olar. Belə böyüdülən uşaq şən, şövqlü, cana yaxın, optimist və sakit insanlar olur.

Yaxşı, izah etməyə çalışdığım şəkildə davranan baba necə bir insan yetişməsinə gətirib çıxarır?

Söylədikləriylə verdiyi mesajlar bunlardır: “Dünya təhlükələrlə dolu və sənin bunları anlamağa və baş çıxarmağa gücün yoxdur. Maraqlanmaq, kəşf etməyə çalışmaq yaxşı bir şey deyil. Dünyaya, həyata, insanlara və özünə güvənmə. Böyüklərin dediyindən başqa heç bir şey etmə; yanımdan ayrılma. İçindən gələn xoşbəxtlik əhəmiyyətsizdir, əsla ona qulaq asma. Həyat coşğusunu yaşamağa haqqın yoxdur; hətta o coşğu gəldiyi zaman qorx və ona nəzarət et. Həyatını idarə elə; nüfuza itaət sənin edə biləcəyin ən ağıllı davranış olar. Heç unutma: Yaşamaq qadağan və təhlükəlidir. “

Bu qadağalar sadəcə uşaqlar üzərində yox bütün yaş qrupları üzərində ata-ana-nənə-baba-əmi-dayı-xala-bibi-qohum-qonşu-məhəllə sakinləri-namus keşikçiləri və cəmiyyət tərəfindən ağır şəkildə özünü büruzə verir. Məncə öz həyatımıza gənc olaraq, fərd olaraq, vətəndaş olaraq, şəxs olaraq- ən önəmlisi insan olaraq özümüz yön verməyimiz daha məntiqlidir. Əks təqdirdə ata-ana-nənə-baba-əmi-dayı-xala-bibi-qohum-qonşu-məhəllə sakinləri-namus keşikçiləri və cəmiyyətin bizə seçmiş olduğu həyatı yaşamış olaraq və gündəlik rutin işləri yerinə yetirən bir robot halını alarıq. Ona görə nənəmizin həyatını nənəmiz, qonşumuzun həyatını qonşumuz və mənim həyatımı isə Mən yaşamalıyam doğrusu və yanlışı ilə.

Gördüyünüz insanların hər birinin arxasında bir ailədə yaşanmış uşaqlıq keçmişi var.

Və bu mövzunu düşünmənin vaxtı gəlib və keçir.

Hərkəsə Öz həyatını yaşaması və digərlərinin Həyatlarına qarışmaması təmannası ilə…