Coco Moyes (Pauline Sara Jo Moyes Athur) 4 avqust 1969-cu ildə Londonda doğulmuşdur. C.Moyes Londonda böyüyərək London Universitetini bitirmişdir. 1992-ci ildə “The İndependent” qəzetinin təqaüdünə layiq görülmüşdür. Elə bunun sayəsində də London Şəhər Universitetinin aspiranturasına qəbul olmuşdur. Növbəti 10 il ərzində adı çəkilən qəzetdə jurnalist qismində çalışır. Özünü tamamilə yazıçılığa həsr etməmişdən öncə Coco Moyes bir sıra fərqli peşələrdə işləmişdir: taksi sürücüsü, Brayl şriftinin mürəttibi, turistik şirkətlər üçün məqalə yazıçısı və “The Daily Telegraph” qəzetinin jurnalisti qismində.
Coco Moyes ilk kitabı olan “Sheltering Rain” kitabını 2002-ci ildə babası ilə nənəsinin sevgi hekayəsinin təsiri altında yazmışdır. Kitabın uğuru Coco Moyesi jurnalistikanı tərk edərək, özünü yazıçılığa həsr etməyə vadar etmişdir.
Bildirchin.az oxucularına Coco Moyesin ən çox oxunan və bəyənilən əsərlərini təqdim edirik:
- ”The girl you left behind”
Rəssam Eduard Lefevr və onun həyat yoldaşı – Sofi arasında olan sevgi Eduardın rəsm əsərində təsvir olunmuşdur. Lakin, bu sevgi böyük intizara çevrilir. Beləki, qəddar müharibə cütlüyü ayırır. Fransanın işğal olunmuş kişik kəndində yaşayan Sofi isə hər gün öz müharibəsini yaşayır.
Liv Xalston isə həyat yoldaşının itkisinin acısını yaşayır. Həyat yoldaşından qalan yeganə dəyərli əşya isə naməlum bir qızın portretidir. Liv keşmişlə yaşayır, yoldaşının xatirələri ilə yaşayır. Pol Makkaferti ilə qəfil görüş Livin həyatında dönüş nöqtəsinə çevrilir. Lakin, tezliklə Liv ilə Pol qəti apponentlərə çevrilirlər. Beləki, onların əsas mübarizə obyekti Livin ixtiyarında olan naməlum qızın portretidir.
2. ”Me before you”
Lu həyatdan heçnə istəmirdi. Nə oxumaq, nə karyera qurmaq, nə də ki həyatında dəyişiklik etmək niyyəti yox idi. Lunun həyatı kifayət qədər maraqsız idi. Uillin isə bir çox nailiyyətləri var idi, amma o, bunlarla kifayətlənmək istəmirdi və dünyanı beş əlli tutmaq istəyirdi. Gənc, uğurlu və zəngin biznesmen daima yeniliklər axtarışında idi.
Lakin, bir gün hər şey onların iradəsinə qarşı dəyişir. Bəsbəxt hadisə Uilli yatağa düçar edir. Luinin işlədiyi kafe isə bağlanır və o, yeni iş axtarışlarına başlamalı olur. Lui uzun axtarışlardan sonra Uillə baxıcı olaraq işə düzəlir. Baxmayaraq ki, bu çox çətin iş idi yaxşı gəlir vəd edirdi. Bu müddət ərzində isə Lui ilə Uillin münasibətləri tamamilə fərqli istiqamətə ayrılır.
- “The last letter from your lover”
1960-cı il… Ağır avtomobil qəzasından sonra qadın gözlərini xəstəxana yatağında açır. O, heç nəyi xatırlaya bilmir. Nə doğmalarını, nə həyatını…Hətta adını belə, yalnız ancaq naməlum məktublar bu qadını həyata qaytararaq onun kimliyini aşkarlamağa kömək edəcək. Məktublardakı qeyri-adilik isə ondan ibarətdir ki, məktubların müəllifi qadına həyat yoldaşını tərk edərək onun özünü qəbul etməyə yalvarır…