Əsəbləşmək asan ola bilər, bəs əsəblərinizi idarə etmək necə? Bunun necə çətin olduğunu çoxumuz bilirik. Biz çətin olanı bacarmalıyıq! 🙂
Əsəblərimizi idarə etmək bizi özümüzə və ətrafımızdakılara zərər verməkdən qoruyur. Qüsursuzluq, çarəsizlik, qısqanclıq, qorxu, narahatlıq, təklik, itaətsizlik və anlaşılmazlıq qəzəbi yaradan hisslərdir. Onları qəbul etmək, daha sonra isə idarə etmək gərəkdir. Qəzəbimizi düzgün ifadə etməmək geriyə dönə bilməyəcəyiniz addımlar atmağımıza və təəssüflənməyimizə səbəb ola bilər.
Əsəbləri idarə etməyin 7 yolu:
-
- Qəzəbi idarə edə bilmək üçün ilk öncə, hirsiniz sağlam şəkildə ifadə etməyi bacarmalısınız. Nə istədiyini bilən, duyğularını tanıyan və düşüncələrini müəyyən etmiş insan əsəblərini də idarə edə bilər.
-
- Hirsli adam hadisələri istəmədən şişirdir. Əsəbinizin hansı düşüncələrlə artıb, nə zaman azaldığına diqqət edin.
-
- Hirsli olduğunuzda ilk növbədə yavaşlayın, reaksiyalarınızı nəzərdən keçirin, düşünə biləcəyiniz ilk şeyi söyləməyin. Nə demək istədiyinizi düşünün, qarşınızdakı şəxsin dediklərini dinləməyə çalışın və dərhal cavab verməyin.
-
- Aqressiyanızın altında yatan gerçək fikirləri tapmağa çalışın. Bir müddət həmin mühitdən uzaqlaşın.
-
- Dərindən nəfəs alın, özünüzü sakitləşə biləcəyiniz yerdə təsəvvür edin. Özünüzə “sakit ol” deyin.
-
- Unutmamalıyıq ki, əsəb anlayışını tamamilə yox edə bilmərik. Sözsüz ki, əsəbləşməyinizə səbəb olacaq hadisələr baş verəcək, bu müddətin qısa olması sizdən asılıdır. Hadisələrə baxışınızı dəyişməklə də əsəblərinizi idarə edə bilərsiniz.
- Sizi sakitləşdirə biləcək işlə məşğul olun, hobbiniz varsa ona vaxt ayırın. Ev heyvanınızla oynayın (küçə pişiyi də ola bilər), pozitiv musiqilər dinləyin, komediya izləyin, açıq havada gəzin. Daha sonra əsəbləşdiyiniz hadisə haqqında bir də düşünərkən, daha təmkinli olacaqsınız.
- Unutmamalıyıq ki, əsəb anlayışını tamamilə yox edə bilmərik. Sözsüz ki, əsəbləşməyinizə səbəb olacaq hadisələr baş verəcək, bu müddətin qısa olması sizdən asılıdır. Hadisələrə baxışınızı dəyişməklə də əsəblərinizi idarə edə bilərsiniz.
Ən əsası, qarşınızdakı insana əsəbi reaksiyalar göstərdikdən sonra, sakitləşən zaman ondan üzr istəməyi unutmayın. 🙂