1. 10 dəqiqəlik gəzinti həyata keçirin. Bu, rahatlıq və gərginliyin atılmasına səbəb olacaq ilk addımdır.
2. Xoşladığınız həzin musiqilərdən birinə qulaq asın. Bu üsul sizi qıcıqlandıran fikirlərdən yayındıracaq.
3. Çalışın sizi qıcıqlandıran şeylər haqda az düşünəsiniz.
4. Keçmişiniz haqda az danışın, az düşünün. Əgər bunun öhdəsindən gəlmək çətindirsə, mütəxəssisə müraciət edib psixoloji problemlərinizi həll edə bilərsiniz. Keçmişi xüsusi hərisliklə xatırlamaqla bu günü yaşamağı unutmayın. Xatirələr insanı həyatda gerilədir, bəzən isə tamamilə onu real həyatdan kənarlaşdırır.
5. Gərginlik və həyacanı dərhal atmaq üçün dərindən və yavaş-yavaş nəfəs almağa başlayın.
6. 10-a kimi sayın. Bu, emosional partlayış zamanı ağılsızcasına söylənmiş sözlərdən sığortalayan üsuldur.
7. Özünüzü qoruyun! Özünüzü danlayıb günahlandırmaq əvəzinə çalışın dəstək olasınız, probleminizi dərindən başa düşüb özünüzü ayağa qaldırın.
8. Bir az yatın, heç olmasa mürgüləyin. İstirahət bədənimiz üçün olduqca vacibdir. Yorğun olan zaman insanlar daha çox aqressiv və qıcıqlanmalara qarşı daha həssas olurlar.
9. Yaxın dostunuz və ya ailə üzvünüzlə söhbət edin. Etibar etdiyiniz insanla probleminizi, narahatçılığınızı bölüşsəniz, gərginliyiniz azalacaq.
10. Kofeindən uzaqlaşın. Kofein güclü stimulyatordur və ciddi gərginliyə, ifrat aktivliyə və hətta aqressiyaya səbəb ola bilər.
11. Massajı sınayın. Bu üsul əzələ tonusunun yaxşılaşmasına müsbət təsir edəcək.
12. Zamanınızı idarə edin (taym-menecment). Prioritetlərinizi müəyyənləşdirin və vaxtdan müdrik istifadə edin. İşlərinizi onların vacibliyi ardıcıllığına əsasən yerinə yetirin.
13. Tələsməyin. Bu pis vərdişdir, hansı ki, gələcəkdə bir çox problemlərin yaranmasına səbbə ola bilər.
14. Həddən artıq işgüzar gərginlikdən uzaq durun. İstirahət/ailə və iş arasındakı vaxt bölgüsünü balanslaşdırmağa çalışın. Aşırı işgüzar fəaliyyət sağlamlığa ziyan vura bilər. Ailədə də tədricən münasibətlər korlana bilər.
15. Şənlənməyə və əylənməyə mütləq vaxt tapın. Gülüş ömrü uzadır.
16. İdeal olmaq təşəbbüsünüzü tərgidin. Heçnə heç vaxt ideal olmayacaq. Siz isə ideallıq uğrunda çalışmağa davam edəcəksiniz və sonda özünüzdən belə bezəcəksiniz.