Ərəb rəqəmlərinin yaranması rəqəmin yazılışındakı düz xətt kəsiklərindən alınan künclərin (bucaqların) sayından asılıdır. Ərəb rəqəmlərinin orijinal və ilkin yazılış formasında bunu aydın görmək olar:
0 – yazılışında heç bir künc (bucaq) olmayan rəqəm.
1 – bir iti küncü var.
2 – iki iti küncü var.
3 – üç iti küncü var.
4 – iki iti və iki düz bucağı var.
5 – beş düzbucaqlı küncdən ibarətdir.
6 – altı düzbucaqlı küncdən ibarətdir.
7 – yeddi həm düz, həm də iti bucaqdan ibarətdir.
8 – səkkiz düz bucağı var.
9 – doqquz düz bucaqdan ibarətdir.
Tədricən ərəb rəqəmlərinin yazılışı dəyişilərək müasir formanı almışdır.