Thomas Edison bir gün məktəbdən evə gələndə anasına bir kağız verir və “Bu kağızı müəlliməm verib və sadəcə sənə çatdırmağımı tapşırıb” deyir. Anası kağızı gözyaşları içində oğluna oxuyur: “Oğlunuz bir dahidir. Bu məktəb çox balacadır və onu öyrədəcək səviyyədə müəllimimiz yoxdur. Xahiş edirəm onu özünüz öyrədin”
Aradan uzun illər keçdikdən sonra Edisonun anasi vəfat edəndə o artiq yüz ilin ən böyük elm adamlarından biri idi. Günlərin birində köhnə ev əşyalarını qarışdırarkən bir siyirmənin qırağında qatlanmış halda bir kağız tapır. Kağızda “Oğlunuz əqli xəstə bir uşaqdır. Artıq onun məktəbimizə gəlməyinə icazə vermirik.” yazılmışdı.
Edison saatlarla ağladıqdan sonra gündəliyinə bu sətirləri yazır: Thomas Alva Edison qəhrəman bir ana tərəfindən yüz ilin dahisi halına gətirilmiş “əqli xəstə” bir uşaqdır.