İnsanların çoxunun şirniyyata böyük bağlılığı var və onlar öz həyatlarını şirniyyatsız, ələxsus şokoladsız təsəvvür etmirlər. İnsanların şirniyyat zəifliyini hiss edən və bundan düzgün istifadə edən şirniyyat istehsalçıları qida sənayesi nümayəndələri sırasında tezliklə zənginləşə bilirlər. Ən zəngin şirniyyat və şokolad istehsalçılarını sizə təqdim edirik:

http://imageshack.com/a/img537/6605/xw9Dyl.jpg

 Lindt şirkəti (İsveşrə): 3,15 mlrd. dollar

Əfsanəyə görə, 1979-cu ildə Rudolf Lindtin fabrikində bərk şokoladın yumşaq, tez əriyən şokolada çevrilməsi təcrübəsi zamanı şokolad qarışdıran maşın şənbə-bazar günləri işlək vəziyyətdə qalıb. Bazar ertəsi işə gələn işçilər çox dadlı, yumşaq şokoladın alındığını görür və bundan südlü şokolad plitələri hazırlamağa başlayırlar. 1898-ci ildə Rudolf Lindt şirkətin aksiyalarını başqa isveçrəli konduktor – Rudolf Spranqliyə satır. Əlverişli saziş müqaviləsi hesabına bu şirkət dünyanın ən məşhur və zəngin konditor şirkətlərinin birinə çevrilir.


http://imageshack.com/a/img537/7502/ThM6xQ.jpg

Haribo (Almaniya): 3,18 mlrd. dollar

1920-ci ildə alman konduktoru Hans Rigel özünün şirkətini yaradır. Şirkətin adı Hans Rigelin adı və doğma şəhərinin adın daşıyır : “HAns” – “Rİgel” – “BOnn”. Şirkətin yaradılmasından 2 il sonra Rigel meyvəli konfetlərin reseptin hazırlayır. “Gummy bears” (jeleli ayılar) adı ilə populyar olan konfetlər  ən çox uşaqlar arasında sevilir.


http://imageshack.com/a/img540/6555/AYL8oO.jpg

Perfetti van Melle şirkəti (İtaliya): 3,28 mlrd. dollar.

Şirkətin əsası ilk dəfə 1842-ci ildə Niderlandda İsaak van Mell tərəfindən qoyulub. 1882-ci ildə isə konduktorun oğlu adi pekarnanı böyüdür, istehsalın həcmini artırır. Avraam (oğlu- red.) 30 il ərzində dünyanı gəzir, müxtəlif reseptləri öyrənir və təcrübəsində istifadə edir. Bunun nəticəsi olaraq şirkət daimi olaraq özünün məhsul istehsalını, reseptlərini və texnologiyalarını yeniləyirdi. 1932-ci ildə şirkətin istehsal etdiyi “Fruitella” və “Mentos” konfetləri şirkətin ən məşhur məhsullarına çevrilir.

http://imageshack.com/a/img537/8137/y2vu4O.jpg

Arcor şirkəti (Arqentina): 3,7 mlrd. dollar

Şirkətin əsası 1951-ci ildə qoyulub. 60-cı illərin sonunda şirkət Cənubi Amerikada iri konfet istehsalçısı olmuş və Meksika, ABŞ və Avropada özünün filiallarını açmışdır. Dünyada o qədər də məşhur olmasa da, Latın Amerikası ölkələri arasında geniş istehlaka malikdir.


http://imageshack.com/a/img907/5550/Y8kekV.jpg

Hershey şirkəti (ABŞ): 7,04 mlrd. dollar

1886-cı ildə Lankasterdə Milton Herşi Lankaster Caramel Company-nin əsasını qoymuşdur. Herşi şokoladla eksperimentlər həyata keçirərək, özünün karamellərinin səthini şokoladla örtməyə çalışırdı. Bir sıra uğurlu təcrübələrdən sonra o, 1894-cü ildə Hershey Company-nin əsasını qoyur və artıq standartlaşdırılmış bərk şokolad istehsal etməyə başlayır.


http://imageshack.com/a/img661/1100/611p9X.jpg

http://imageshack.com/a/img661/9549/DonemZ.jpg

Ferrero (İtaliya): 10,9 mlrd. dollar

Şirkətin əsasını 1940-cı ildə Mikele Ferrero Albada, İtaliyada qoymuşdur. Xatırladaq ki, Mikele əslində valideynlərinin kiçik bizneslərini genişləndirir. 1946-cı ildə o, şirkəti Ferrero SpA adı altında qeydiyyatdan keçirir və “pasta gianduja” adlı şokolad patasının reseptini yaradır. Həmin şokolad pastasının tərkibində adi qızardılmış şokoladla yanaşı, həm də qızardılmış fındıqlar da olur və 1954-cü ildən etibarən pasta “Nutella” adlanmağa başalayır. Bundan əlavə şirkətin digər məşhur məhsulları da var: Kinder Chocolate, Kinder Surprise, Ferrero Rocher, Rafaello və s.


http://imageshack.com/a/img537/3484/uYsL7k.jpg

Nestle (İsveçrə): 11,74 mlrd. dollar

1860-cı ildə isveçrəli farmasept Anri Nestle (hansı ki, həmin ərəfədə balanslaşdırılmış uşaq qidası formulası üzərində işləyirdi) qonşusu və konduktor olan Daniel Piterlə tanış olur və onların birliyi yeni qida məhsullarının yaranmasına səbəb olur. Bu gün şirkət bazarda KitKat, Gerber, Milo, Nesquik, Nescafe və s. kimi məhsullarla məşhurdur. Hansı ki, bu məhsullar şirkətə 11,74 mlrd. dollar qazandırmışdır.


http://imageshack.com/a/img910/8770/3pxesP.jpg

Mondelez İnternational (ABŞ): 17,64 mlrd. dollar

Dünyanın ən böyük multi-milli şirkətlərindən biri olan Mondelez İnternational fəaliyyətinə 1923-cü ildə başlamış və ABŞ-da milli süd məhsulları istehsal edən şirkət kimi yaranmışdır. Daima genişlənən və monopolist fəaliyyəti ilə seçilən şirkət hal-hazırda nəinki şirniyyat və süd məhsulları, həmçinin digər qida məhsulları və içkiləri ilə məşhurdur.


http://imageshack.com/a/img673/9500/3vFSGJ.jpg

Mars (ABŞ): 33 mlrd. dollar

2014-cü ildə gəlirlərinin ölçüsünə görə lider şirkət – America`s Mars İncorporated olmuşdur. Şirkət 1911-ci ildə Vaşinqtonda Frenk Mars Tərəfindən qurulmuşdur. Frenk Mars konduktor olmuş və fəaliyyətinin başlanğıcında ev şəraitində şokolad bişirmək ilə məşğul idi. 1920-ci ildə Milky Way adlı ticarət markası yaranır və bazarda geniş həcmdə istehlakı ilə seçilir. Bu uğur şirkətin ölçülərini böyük fabrikə çevrilməyə imkan verir. 1930-cu ildə Snickers batonlarının istehsalı Milky Way-in populyarlığını ötür. Öz fəaliyyəti dövründə şirkət özünün mühüm prinsiplərini yaradır. Keyfiyyət, məsuliyyət, effektivlik, qarşılıqlıq, azadlıq. Bu prinsiplər şirkəti bu gün ən çox gəlir əldə edən istehsalçıya çevirmişdir.