Frano Selak – Xorvat musiqi müəllimi. Dünyanın həm ən şanssız, həm də ən şanslı adamı, inanılmaz gerçək bir hekayəsi var.
1962-ci ilin soyuq bir qış günündə hekayəsi başlayır. Sarayevo’dan mərkəzə səfər edərkən qatar qəza edir. Qatarda 17 sərnişin həyatını itirərkən Selak sahilə qədər üzüb xilas olur. Selak qəzanı yalnız qırıq bir qol və sıyrlıqlarla sovuşdurur. Bu hadisə gələcək 40 il içərisində başına gələcəklərin bir xəbərçisidir sanki.
Bir sonrakı il kiçik bir təyyarə ilə Yucca’ya gedərkən kabin təzyiqi düşür və təyyarə düşməyə başlayır. Bu qəzada təyyarədəki 19 adam həyatını itirir. Frano təyyarədən düşmədən atlayır və şanslı olduğu üçün samanların içinə düşür. Bir neçə cızıq və qırıqla bu qəzanı da ötürür.
1966-cı ildə bu dəfə avtobusla səyahət etmək istəyir. Lakin təkəri partlayan avtobus körpüdən uçur. Qəzada 4 adam həyatını itirərkən Frano bu qəzadan da sağ olaraq xilas olur.
Bu hadisələrdən sonra öz avtomobiliylə səyahət etməyə qərar verir. Lakin hərəkət halındaykən avtomobilinin mühərriki alov alır. 3 il sonra aldığı avtomobilində eyni şəkildə mühərriki yanır və kiçik yanıqlarla yenə xilas olur.
1986-cı ildə diqqətsiz bir tır sürücüsü avtomobilinə dəyir və təxminən 100 metrlik uçuruma düşür. Arabası parçalanan Frano Selak, uçan avtomobilin pəncərəsindən atlayaraq xilas olur.
1995-ci ildə Frano Selak’a yolda avtobus dəyir, yenə kiçik sıyrıqlarla xilas olur.
Hər şey bitdi, hekayə sonlandı deyərkən qəhrəmanımızın həyatında çox böyük bir hadisə reallaşır. 2003 -ci ildə 72 yaşındaykən həyatı boyunca ilk dəfə aldığı biletə böyük mükafat çıxır.