Ölüm şübhəsiz ki, hər canlının başına gələcək bir şeydir, amma aşağıdakı bu ölümlər biraz qəribə və fərqlidir..



  1. Pəncərə – 1993-cü ildə ofis pəncərəsinin qırılmazlığını yoxlamaq üçün şüşəyə yüklənən Garry Goy, etdiyi testdə müvəffəqiyyətsiz olaraq 10-cu mərtəbədən aşağı düşərək həyatını itirmişdir.

  2. İnək – 2013-ci ildə Joao Maria de Souza yatdığı əsnada üstünə inək düşərək həyatını itirmişdir.

  3. Mərmi – HMS Triniad döyüş gəmisində əsgər, mərmini düşmən yerinə özünə hədəf alaraq faciəvi şəkildə can vermişdir.

  4. Robot – 1979-ci ildə “Robotların ilk cinayəti” deyə xəbərlərə mövzu olan hadisədə təxminən 1 tonluq zavod robotu qolunun Robert Williamsın üstünə düşməsiylə həyatını itirmişdir.

  5. Zibil Ev – Çox təəccübləcəyiniz ölümlərdən biridə 1947-ci ildə gerçəkləşmişdir. Homer Collyer heç bir zibili atmaması nəticəsində çıxış qapısını tapa bilməyib ac qalaraq ölmüşdür.

  6. Tarakan – 2012-ci ildə təşkil edilən tarakan yemə yarışmasında özünü saxlaya bilməyib tarakanı daha çox yeyən Edward Archbold zəhərlənərək həyatını itirmişdir.

  7. Saqqal – Saqqallarını yerə qədər dəydirməyi bacaran Hans Steininger saqqalına ilişib yıxılmış və bu yıxılma nəticəsində 1567-ci ildə vəfat etmişdir.

  8. Məzar Daşı – Atasını qəbiristanlıqda ziyarət etməyə gedən MARCUS GARVEY öz adını məzar daşında görüb infarkt keçirərək 1940-ci ildə vəfat etmişdir.

  9. Tabut – 2011-ci ildə öldüyü düşünülən Fagilyu Mukhametzyanov cənazə mərasimində tabutda oyandıqdan sonra infarkt keçirərək həyatını itirmişdir.

10. İcadından ölmək – Jimi Hesel İngiltərənin West Yorkshire şəhərində öz icad etdiyi Segway’la səfər edərkən çaya düşmüşdü. Düşmə nəticəsində hadisə yerində həyatını itirmişdir.

11. Eyfel qülləsi – 1911-ci ildə paltarını paraşüt kimi istifadə etmək istəyən Franz Reichelt istədiyi kimi edə bilmədiyi üçün yerə çaxılaraq həyatını itirmişdir.

12. Yemək – 1751-ci ildə təşkil edilən bir yemək ziyafətində Julian Offray de La Mettrie çox yeməsi nəticəsində həyatını itirmişdir.

13. Protez Ayaq – Öz taxta protez ayağıyla döyülən Arthur Aston 1649-ci ildə ölmüşdür.

14. Şorba – Ilda Vitor Maciel’in ölüm hekayəsi digərlərindən bir az fərqlidir. Ilda şorbanı içmək yerinə iynə vasitəsilə bədəninə vurmağı yoxlayarkən həyatını itirmişdir.