– Evlərə nəzər dəyməsin deyə at nalı və ya iydə budağı asmaq.
– Fala baxdırmaq.
–Türbələrdə şam yandırmaq, parça bağlamaq.
– Göz muncuğu taxmaq. Bu muncuğu taxmağın heç bir faydası yoxdur. Göz muncuğu taxmaq günahdır. Onun nəzəri aradan qaldıracağına inanmaq isə günaha ortaq olmaqdır.
–Bayquşun ulamağından pis mənalar çıxarmaq.
–Türbələrdə toyuq kəsmək.
–Yoldan dovşan keçdi deyə geri qayıtmaq.
– Pişik və itin yolda gəzən birinin önündən keçməsi uğursuzluq imiş.
– 13 rəqəminin uğursuz sayılması.
– Çərşənbə axşamı günü yola çıxmaq və işə başlamaq uğursuzluq imiş.
– Çərşənbə axşamı günü təzə paltar geyinəndə yana bilər.
– Qonaq gedəndən sonra evi yığışdırmaq düzgün deyil.
– Bir evdən ölü çıxsa o evdəki su qabları boşaldılır. Boşaldılmasa, o evdən yenə ölü çıxa bilər.
– Kimsə ölən kimi ayaqqabılarını qapının kandarına qoymaq.
– Arzu tutub hovuzlara pul atmaq.
– Ovucun içi qaşınanda pul gəlirmiş.
– Bıçağı kiməsə verərkən bıçağa tüpürmək.
– Gecə ev təmizləmək kasıblıq gətirirmiş.
– İtin hürməyindən məna çıxarmaq.
– Pilləkənin altından keçməmək.
– Kiminsə başına pis iş gələndə eyni şeyin onun da başına gəlməməsi üçün qulağını çəkib masaya və ya başqa bir yerə vurmaq.
– Qurbanın qanını alının ortasına sürtmək.
– Gecə güzgüyə baxmaq və ya dırnaq kəsmək uğursuzluq imiş.