İnsan mürəkkəb varlıqdır. Bəzən o, özü belə özünü başa düşmür. Bu psixoloji faktlar bəzi məsələlərə aydınlıq gətirəcək!
- Gözlərimiz qapalı ikən aldığımız məlumatı daha tez qavrayırıq.
- İnsanın beyni ilə qarnı arasında bağlantı var. Bu səbəbdən də həyacan keçirdiyimiz zaman qarnımızda ağrı hiss edirik.
- Necə düşündüyümüz haqqında düşünə bilmək bacarığı yüksək intellektdən xəbər verir.
- Hər bir insanın içində 3 fərd var: insanın özünün özü haqqında təsviridəki fərd, digərlərinin insan təsvirindəki fərd, və insanın həqiqi kimliyi.
- Xəyalpərəst insanlar digər insanlardan daha çox yuxu görür.
- Ailə və yaxınlar – xoşbəxt uşaqlığın əsas mənbəyidir.
- Mübahisə zamanı sakit və rahat ton insanı avtomatik olaraq qarşısındaki insana qarşı dominant edir.
- Təşəkkür etməyi bacaran insanlar üçün xoşbəxt olmaq daha asandır.
- İnsanın bütün hissiyatları arasında yaddaşa ən yaxın olan qoxu hissidir.
- İllüziyalarınızdaki insanı sevməklə, insanı olduğu kimi sevmək tamamilə ayrı şeylərdir.