Anhel şəlaləsi dünyada ən hündür şəlalədir. Onun hündürlüyü 978 metr təşkil edir. Şəlalənin başlanğıcı şahid dağ olan Auyan – Tepuy zirvəsindən başlayır. Bu məkan Venesuelada mürəkkəb cəngəlliklərdə yerləşir. Burada turist yolları da mövcud deyil, çünki olduqca çətin mənimsənilən yerdir.
Baxmayaraq ki, şəlalə 20-ci əsrin əvvəlində tədqiqatçı Ernesto Sançes La Krus tərəfindən aşkar olunub, o, 1933-cü ildə Ceyms Anhelin həmin ərazidə uçuş həyata keçirdikdən sonra məşhurlaşıb.
Beləki, 4 il ərzində Anhel vertolyotun bortunda həyat yoldaşı da daxil olmaqla 3 sərnişinlə birlikdə şəlalənin üzərində uçuş həyata keçirirdi. Uçuşun məqsədi filiz axtarışları olmuşdur. Uçuş zamanı vertolyot zədələnir və Anhel vertolyotu Auyan – Tepuy dağının zirvəsində, şəlalənin başlanğıcında endirməyə məcbur olur. Həmin vertolyot zirvədə 33 il müddətində tərpənməz şəkildə qalmışdır. Sonradan Anhelin vertolyotu oradan götürülərək Marakaya muzeyinə aparılmışdır. Zirvəyə isə vertolyotun kopyası hazırlanıb bir simvol kimi yenidən yerləşdirilmişdir.
Anhel və onun kompanyonları 11 gün ərzində zirvədən enərək sivilizasiyaya qayıda bilmişdilər. Ceyms Anhelin cəsur hərəkətinə görə şəlaləyə onun adı verilmişdir.