Hansı işi ən gərgin və ağır iş adlandırmaq olar? Tədqiqatlar göstərmişdir ki, insanlarla yüksək təmas xarakterinə malik ixtisaslar ən gərgin və depressiv ixtisaslardır. Siyahımızda ən gərgin və ən az zövqverici ixtisasları sıralamışıq:

http://imageshack.com/a/img909/6972/yQdhen.jpg

    Sənaye sahəsi. Sənayedə çalışanların əksəriyyətinin əsas problemi bu işin monotonluğudur. Daima eyni şeyləri etmək insanları yorur, bezdirir və zövq vermir. Həmçinin, işçilərin əksəriyyəti çox vaxt özünü avtomatlaşdırılmış maşın-cihazın bir hissəsi kimi hiss edirlər. Bu da bu ixtisasın mənfi cəhətlərinə aid edilir.


http://imageshack.com/a/img540/63/PDDem5.jpg

    Nəşriyyat işi. Nəşriyyat işi bu siyahıda bir az təəccüblü görsənə bilər, lakin bu işlər geniş miqyasda ictimaiyyətlə bağlı olduğu üçün ən gərgin ixtisaslara aid edilir. Nəşriyyatçılar daima kütləvi informasiya vasitələri ilə sıx əlaqədə olmalıdır. Nəşriyyatçıların əsas problemlərindən biri də onların özləri üçün deyil, başqaları üçün işləməsidir.


http://imageshack.com/a/img908/9800/irWzDy.jpg

    Personal xidmət. Personal xidmət özündə bir neçə iş fəaliyyətini birləşdirən geniş termindir. Bu işlər birbaşa olaraq əhali ilə bağlıdır. Personal xidmətə məsləhət xidmətini misal çəkmək olar. Məsləhət zamanı müştəriyə maraqlı olan mövzuda məsləhətlət verilir, müzakirələr aparılır. Bu sahədə çalışanlar heç vaxt şəxsi prinsiplərini nəzərə almamalı və müştərilərin istək və arzularına görə uyğunlaşmalıdırlar.


http://imageshack.com/a/img901/4595/fRRoIE.jpg

    Hüquqi xidmətlər. Baxmayaraq ki, hüquqi xidmət sahəsində çalışmaq maddi baxımdan sərfəlidir, bu ixtisas öz sahiblərinə böyük mənəvi və fiziki itkilər qazandırır. Beləki, bu sahədə çalışanlar saatlarla ofisdə, problemləri olan insanlarla münasibətdə olur. Hansı ki, həmin müştərilərin əksəriyyəti minimal hüquqi savada belə malik deyil. Bu da hüquqşünasların işini 2 dəfə artırır.


 http://imageshack.com/a/img540/1739/qDbE3q.jpg

    Sosial sferada iş. Sosial sfera sahəsinin işçilərinin vəzifəsi başqalarına kömək etməkdən ibarətdir. Bu ixtisasa həssas və qayğıkeş insanlar yiyələnə bilər, hansı ki, onlar başqalarına yardım etməkdən məmnunluq hissi keçirirlər, lakin əksər hallarda sosial işçilərin özlərinə də kömək lazım olur. Beləki, daima problemi olan insanlarla işləmək sosial işçiləri depressiyaya salır, çünki onlar öz vəzifələrini yerinə yetirən zaman özlərini, şəxsi problemlərini unudurlar.


http://imageshack.com/a/img908/5933/syxhhl.jpg

    İctimai nəqliyyat. Burada təəccüblü heçnə yoxdur. Hər kəsə məlumdur ki, şoferlər hər gün ictimaiyyətlə sıx əlaqədə olur. Hansı ki, o ictimaiyyətin üzvləri arasında kobud, mədəniyyətsiz, aqressiv və şübhəli əqidəli insanlar olur. Bütün sərnişinlərə isə eyni şəkildə münasibət göstərmək və lazımi məntəqəyə çatdırmaq əsas şərtdir. Şoferlərin digər çətinliyi onların sağlamlığına dəyən zərərdir. Beləki, onlar bütün günü oturaq vəziyyətdə olur və gözlərini gərgin şəkildə yollara zilləyir.