Sağlamlığımız üçün burundan ya ağızdan,hansından nəfəs almağın daha faydalı olduğunu bilmək güman edirəm ki,hər kəs üçün maraqlı olar.Elə isə bu məsələyə daha diqqətlə nəzər salaq. Belə ki ;

Burundan alınan nəfəs ağciyərlərə çatmadan öncə isinir, nəmlənir və təmizlənir.Yəni, burundan alınan nəfəs quru və soyuq havanı ağciyərlərə uyğun hala gətirir. Bu,həm ağciyərlərimiz,həm də sağlamlığımız üçün çox əhəmiyyətlidir.

 

 


Ağızdan alınan nəfəs isə heç bir dəyişiklik olmadan boğaz və ağciyərlərə ötürür. Eyni zamanda orqanizmdəki karbondioksid ilə birlikdə nəmi itirərək, bədənimizdə gərəksiz maye itkisinə səbəb olur.

 

Burundan nəfəs almağın faydaları:

 

 

 1. Yatarkən xoruldamağın qarşısını alır.

2. Yuxunu daha rahat edir

3. Diş və çənə ilə bağlı problemləri azaldır

4. Orqanizmdə maye itkisinin qarşısını alır

5. Ağciyər və boğaz xəstəliklərini minimuma endirir

6. Diqqəti artırır

7. Qandakı oksigenin miqdarını çoxaldır

8. Ağızdan xoşagəlməz iyinin qarşısını alır.