Ailə hər şeyi əvəz edir. Ailə qurmamışdan əvvəl yaxşı – yaxşı düşünün: sizə “hər şey” vacibdir yoxsa ailə?
Uşaqlarınıza vaxt ayırın, onlara qayğı və diqqət göstərin. Karyera qayıdır , itirilmiş illər heç vaxt qayıtmır.
Uşaq səsi evə mələkləri çəlb edir.
Sevgi insanları yaşadır. Sevgisiz, münasibətsiz həyat yaşanmamış həyatdır.
Ailədə kimin birinci olduğu önəmli deyil. Önəmli birinci yerdə sevgi və hörmətin olmasıdır.
Bir-birinizdən inciyə, küsə bilərsiniz, amma bunu uşaqlar görməməlidir. Uşaqlar valideynlərini həmişə mehriban görmək istəyər.
Valideynlərin qocalığını heç bir övlad qəbul etmək istəmir. Elə isə onlara imkan verməyin qocalmağa, daim cavanlığı hiss elətdirin valideynlərinizə.
Xoşbəxtlik pul, var-dövlət deyil, xoşbəxtlik sevdiklərimizlə yaşadığımız həyacanlı, sevincli anlardır.
Ailədəki birlik ən güclü birlikdir.
Hər kəs əvəz olunan, lakin təkrar olunmazdır. Yalnız qardaş və bacılar nə təkrar , nə də əvəz olunur.
Uşaq sevginin yaratdığı möcüzədir… İki qəlbin sevgisindən yaranmış möcüzə.
Əsl kişinin evində qaydalar heç vaxt pozulmur.
Həyatı övladlarımıza öyrətmək üçün öyrənirik.
Həyat çox qısadır. Bu kiçik zaman ərəfəsində sevgi və qayğını bir-birinizdən əsirgəməyin.
Bir yaşadığınız anlar – ən gözəl anlardır.
Bir-birinizə dəyər verin və qoruyun.