Apple İlk dəfə olaraq Amerikanın 10 ən böyük şirkətinin onluğuna daxil olub.Reytinq hər il Fortune jurnalı tərəfindən tərtib edilir.
Ötən il Apple şirkəti Fortune 500 siyahısında 17-ci yerdə qərarlaşmışdı, hazırda korporasiya J.P. Morgan, Bank of America, General Electric, Ford, General Motors, AT&T, Verizon və Hewlett-Packard kimi şirkətləri üstələyərək 6-cı olub. Qeyd edək ki, HP şirkəti 2-dən 15-ci yerə kimi geriləyib.
Apple şirkətinin illik gəliri 156,5 milyard dollar təşkil edir ki, bu da lider – Walmartın göstəricisindən 3 dəfə azdır.
Reytinqi tərtib edənlərin sözlərinə görə, bütün problemlərə baxmayaraq, Apple əvvəlki kimi qabaqcıl istehsalçı olaraq qalır.