İndiki dövrümüzdə dünya olduğundan kiçik görsənir. İnformasiya texnologiyaları, Qloballaşma yer kürəsinin istənilən nöqtəsini insan üçün əlçatan edib, lakin planetimizin ən ucqar nöqtələrində hələ insan ayağı dəyməyən az saylı məkanlar var. Bu yerlərin insan tərəfindən mənimsənilməsində əsas maneə həmin yerlərin təhlükəli olmasıdır. Aşağıdakı siyahıda sizlər üçün hələ də sirr sayılan yerlər haqqında məlumat toplamışıq.

 http://imageshack.com/a/img901/2896/y9RdqR.jpg

Qrenlandiya buzlağı. Buzlaq Qrenlandiyanın ərazisinin 80%-i tutur və 3 km qalınlığındadır. Buzlağın altında yerləşən qəribəliklər, yeniliklər hələ uzun müddət alimlər üçün sirr qalacaq. Burada əsas maneə əlverişsiz iqlim və coğrafi şəraitdir.


http://imageshack.com/a/img538/5048/iiYyVH.jpg

Mulu Borneo. Qununq Mulu dünyada ən çox mağara olan yerlərdir, lakin həmin mağaraların cəmi 10%-i araşdırılmışdır. Düzdür, siyahıda olan digər yerlərə nisbətən Muluya getmək asandır, lakin oradakı qarmaqarışıq cəngəllik bitkiləri və mağaralar insanın asanlıqla itməsinə səbəb olur.


http://imageshack.com/a/img538/7621/949z6d.jpg

Papua-Yeni-Qvineya. Baxmayaraq ki, burada bir neçə qəbilə yaşayır, bu ərazi demək olar ki, tamamilə tədqiq olunmayıb. Buradakı qarışıq cəngəlliklər və yolların olmaması bu ərazinin mənimsənilməsini daha da çətinləşdirir. Ümumiyyətlə Papua-Yeni-Qvineya ərazisinin 2/3-si endemik ərazi sayılır.


http://imageshack.com/a/img631/6256/at2J0l.jpg

Namibiya. Afrikanın ən az məskunlaşmış ölkəsidir. Namibiyanın ərazisinin böyük hissəsi Kalaxari səhrası tutur. Burada istənilən tədqiqatçı özü üçün yeniliklər aşkar edə bilər, lakin Namibiyanın bir ölkə kimi konstitusiyasındakı qanunlar xarici tədqiqatçıları məhdudlaşdırır.


http://imageshack.com/a/img911/9137/u0VTSz.jpg

Qonkxar Puensun dağı. 7 570 m hündürlüyündə olan dağ Butan və Çinin sərhəddində yerləşir. Bu dağ insanlar tərəfindən fəth olunmayan ən hündür dağdır. Dağın tədqiq olunmasının səbəbi onun üzərində istənilən növ alpinizm fəaliyyətinin qeyri-qanuni olmasıdır. Bundan əlavə olaraq, Butanda hündürlüyü 6000-dən yüksək olan istənilən dağ ruhların yaşayış yeri sayılır. Buna görə də dağda tramva alanlar yerli sakinlər tərəfindən heç bir kömək ala bilməzlər. Qankxar Puensun dağına olan qadağa 20 ildir ki, mövcuddur.


http://imageshack.com/a/img537/8826/dbCsy9.jpg

Böyük Mərcan Rifi – bu ərazi dünyanın ən az tədqiq olunması ilə yanaşı, həm də yer üzündən silinməsi təhlükəsi ilə tanınır. İnsanların təbiətə məsuliyyətsiz yanaşması, qlobal istiləşmə atollun (mərcan rifi) məhv olmasına gətirib çıxarır. Böyük mərcan rifi adlanan təbiət möcüzəsində 900 ada və 2 500 rif yerləşir. Burada daima yeni heyvan növləri aşkar edilir.


http://imageshack.com/a/img673/2426/iFkl2t.jpg

Kamçatka. Rusiyanın şimal ərazisində yerləşən Sibir özünün şaxtalı və soyuq iqlimi ilə məşhurdur. Baxmayaraq ki, Sibir ölkənin ərazisinin 77%-ni əhatə edir, burada əhalinin yalnız 27%-i məskunlaşmışdır. Sibirin ən sirli məkanı Kamçatka yarımadasıdır. Burada cəmi  300.000 insan yaşayır. Yarımadada geoloji rəngarənglik hökm sürür: vulkanlar, qeyzerlər və s. Ərazinin az tətbiq olunmasının səbəbi təcrid olunmuş ərazidə yelrəşməsi və şaxtalı qışdır.